QanunvericilikAzərbaycan Respublikasının Seçki Məcəlləsi › Maddə 84

Maddə 84. Dövri nəşrlər vasitəsi ilə seçkiqabağı təşviqatın ödənişli əsaslarla aparılması şərtləri

Azərbaycan Respublikasının Seçki Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

84.1. Bu Məcəllənin 77.1-ci maddəsində göstərilən dövri nəşrlərin redaksiyaları qeydə alınmış namizədlərə, siyasi partiyalara, siyasi partiyaların bloklarına, referendum üzrə təşviqat qruplarına seçkiqabağı təşviqat aparılması məqsədi ilə öz səhifələrində ödənişli əsaslarla yer ayırmağa borcludurlar. Nəşr səhifələrində ayrılmış yerin dəyərinin ödənilməsi əsasları, şərtləri və məbləği qeydə alınmış bütün namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları üçün eyni olmalıdır və seçkilərin təyin edilməsi barədə qərarın (sərəncamın) rəsmi dərcindən ən geci 30 gün keçənədək dövri nəşrlərin redaksiyaları tərəfindən dərc edilməlidir. Nəşrlərin səhifələrində ödənişli dərc üçün ayrılmış yerin ümumi həcmi bu Məcəllənin 83.6-cı maddəsinə əsasən ayrılan pulsuz nəşr səhifələrinin həcmindən az olmamalıdır.

84.2. Qeydə alınmış hər bir namizəd, siyasi partiya, siyasi partiyaların bloku, referendum üzrə təşviqat qrupu müvafiq ödəniş müqabilində ehtiyat üçün nəşr səhifəsində ayrılan yerin ümumi həcminin müvafiq olaraq qeydə alınmış namizədlərin, referendum üzrə təşviqat qruplarının ümumi sayına bölünməsi yolu ilə müəyyənləşdirilən hissəsi qədər yer ala bilər.

84.3. Bu Məcəllənin 77.1 və 77.4-cü maddələrində nəzərdə tutulmayan dövri nəşrlərin redaksiyaları qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyaların bloku, referendum üzrə təşviqat qr Maddə 84. … lərində nəzərdə tutulmayan dövri nəşrlərin redaksiyaları qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyaların bloku, referendum üzrə təşviqat qrupu ilə bağlanmış müqaviləyə uyğun olaraq təşviqat materiallarını dərc edə bilərlər.

84.4. Bu Məcəllənin 77.1 və 77.4-cü maddələrində nəzərdə tutulmayan dövri nəşrlərin redaksiyalarının qeydə alınmış namizədlərə, siyasi partiyalara, siyasi partiyaların bloklarına, referendum üzrə təşviqat qruplarına təqdim etdikləri nəşr yerinin dəyərinin ödənilməsi bərabər əsaslar və şərtlərlə həyata keçirilir. Həmin tələblərə və bu Məcəllənin 78.2-ci maddəsinin tələblərinə əməl etməyən dövri nəşrlərin redaksiyaları namizədə, siyasi partiyaya, siyasi partiyaların blokuna, referendum üzrə təşviqat qrupuna seçkiqabağı təşviqat məqsədləri üçün öz səhifələrində yer ayıra bilməzlər.

84.5. Qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları dövri nəşrlərin səhifələrində ayrılmış yerin dəyərini püşkatmadan sonra dövri nəşrlərin redaksiyaları ilə bağladıqları müqavilə əsasında ödəyirlər. Dövri nəşr səhifələrində ayrılmış yerin dəyərinin tam həcmdə ödənilməsi barədə ödəniş tapşırığı qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyaların bloku, referendum üzrə təşviqat qrupu tərəfindən dərc edilmə gününə ən geci 2 gün qalmış müvafiq banka təqdim edilməlidir. Bu şərtlər pozulduqda dövri nəşr səhifələrində yer ayrıla bilməz. Müvafiq bank ödəniş tapşırığını aldığı gündən sonra ən geci növbəti əməl Maddə 84. … dilməlidir. Bu şərtlər pozulduqda dövri nəşr səhifələrində yer ayrıla bilməz. Müvafiq bank ödəniş tapşırığını aldığı gündən sonra ən geci növbəti əməliyyat günü icra etməlidir. Belə halda nağdsız ödəniş əməliyyatının müddəti iki bank günündən çox ola bilməz.

84.6. Dövri nəşr səhifələrində ayrılmış yerin dəyəri qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, referendum üzrə təşviqat qrupunun seçki fondu hesabına ödənilir.

84.7. Bu Məcəllənin 84.2-ci maddəsində göstərilən dövri nəşrlərin səhifələrində ayrılan yer bu Məcəllənin 75-ci maddəsində göstərilmiş dövrdə təqdim edilməlidir.

84.8. Qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, referendum üzrə təşviqat qrupunun ödənişli əsaslarla seçkiqabağı təşviqat materiallarının dərc edilməsi tarixi onların səlahiyyətli nümayəndələrinin yazılı ərizələri əsasında maraqlı şəxslərin iştirakı ilə dövri nəşrlərin redaksiyalarının keçirdikləri püşkatma yolu ilə müəyyənləşdirilir. Püşkatma bu Məcəllənin 75-ci maddəsində göstərilmiş müddətin başlandığı gün keçirilir. Püşkatma keçirilməsində müvafiq seçki komissiyaları üzvlərinin, habelə bu Məcəllənin 40-cı və 40.4-cü maddələrində göstərilən şəxslərin iştirak etmək hüququ vardır. Püşkatmanın nəticələri protokolla rəsmiləşdirilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver