QanunvericilikAzərbaycan Respublikasının Seçki Məcəlləsi › Maddə 89

Maddə 89. Seçkilərin (referendumun) hazırlanmasının və keçirilməsinin maliyyə təminatı

Azərbaycan Respublikasının Seçki Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

89.1. Seçkilərin (referendumun) (bundan sonra — seçkilərin) hazırlanmasına və keçirilməsinə, seçki komissiyalarının səlahiyyət müddətində onların fəaliyyətinin təmin edilməsinə çəkilən xərclər dövlət hesabına ödənilir. Göstərilən xərclər Azərbaycan Respublikasının büdcə bölgüsünə uyğun olaraq dövlət büdcəsində nəzərdə tutulur.

89.2. Dövlət büdcəsindən seçkilərin hazırlanması və keçirilməsi üçün ayrılmış vəsait seçkilərin təyin edilməsi haqqında qərarın (sərəncamın) rəsmi dərc edildiyi gündən başlayaraq 10 gün müddətində müvafiq icra hakimiyyəti orqanı tərəfindən Mərkəzi Seçki Komissiyasının bank hesabına köçürülür.

89.3. Mərkəzi Seçki Komissiyası seçkilərin keçirilməsi üçün lazım olan vəsaiti səsvermə gününə azı 35 gün qalmış dairə seçki komissiyalarına köçürür, onlar da alınmış pul vəsaitini səsvermə gününə azı 10 gün qalmış məntəqə seçki komissiyaları arasında bölüşdürürlər. Əlavə seçkilər keçirilərkən, seçkilərin vaxtında və ya tam maliyyələşdirilməsi mümkün olmadıqda seçki komissiyaları vəsaiti daxil olduqca bölüşdürür və köçürürlər.

89.4. Seçki komissiyalarının sədrləri seçkilərin hazırlanmasına və keçirilməsinə ayrılmış vəsaitə dair sərəncam verir və maliyyə sənədlərinin seçki komissiyasının qərarlarına uyğunluğu, məsrəflər haqqında maliyyə hesabatlarının bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydada və müddətdə təqdim edilməsi üçün məsuliyyət daşıyırlar.

89.5. Seçki komissiyaları t Maddə 89. … a maliyyə hesabatlarının bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydada və müddətdə təqdim edilməsi üçün məsuliyyət daşıyırlar.

89.5. Seçki komissiyaları tərəfindən xərclənməmiş dövlət vəsaiti seçkilər qurtardıqdan sonra bu Məcəllə ilə nəzərdə tutulmuş məqsədlər üçün istifadə edilməkdən ötrü seçkilər günündən ən geci 60 gün keçənədək Mərkəzi Seçki Komissiyasının hesabına köçürülür və onun hesabında qalır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver