QanunvericilikAzərbaycan Respublikasının Seçki Məcəlləsi › Maddə 90

Maddə 90. Namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşəbbüs qruplarının seçki

Azərbaycan Respublikasının Seçki Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

(referendum) fondları

90.1. Namizədlərin, qeydə alınmış namizədlərin, namizəd irəli sürmüş və ya namizədi qeydə alınmış siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının fəaliyyətinin maliyyələşdirilməsi üçün seçki (referendum) fondları (bundan sonra — seçki fondu) yaradılır.

90.2. Namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının seçki fondlarına könüllü ianə ayırmaq yaxud natura şəklində və ya xidmət göstərilməsi yolu ilə yardım etmək aşağıdakılara qadağan edilir:

90.2.1. xarici dövlətlərə və xarici hüquqi şəxslərə;

90.2.2. xarici vətəndaşlara;

90.2.3. vətəndaşlığı olmayan şəxslərə;

90.2.4. 18 yaşına çatmamış vətəndaşlara;

90.2.5. seçkilərin təyin edilməsi haqqında qərarın (sərəncamın) rəsmi dərc edildiyi günə olan vəziyyətə görə Azərbaycan Respublikasının hüquqi şəxsinin nizamnamə kapitalında bu Məcəllənin 90.2.1, 90.2.2 və 90.2.3-cü maddələrində göstərilən şəxslərin iştirak (mülkiyyət) payı 30 faizdən çox olarsa, Azərbaycan Respublikasının hüquqi şəxslərinə;

90.2.6. beynəlxalq təşkilatlara və beynəlxalq ictimai hərəkatlara;

90.2.7. dövlət hakimiyyəti orqanlarına və bələdiyyə qurumlarına;

90.2.8. dövlət, bələdiyyə təşkilatlarına və idarələrinə;

90.2.9. seçkilərin təyin edilməsi haqqında qərarın (sərəncamın) rəs Maddə 90. … və bələdiyyə qurumlarına;

90.2.8. dövlət, bələdiyyə təşkilatlarına və idarələrinə;

90.2.9. seçkilərin təyin edilməsi haqqında qərarın (sərəncamın) rəsmi dərc edildiyi günə olan vəziyyətə görə nizamnamə kapitalında dövlətin və ya bələdiyyənin iştirak payı 30 faizdən artıq olan hüquqi şəxslərə;

90.2.10. hərbi hissələrə;

90.2.11. xeyriyyə təşkilatlarına, dini birliklərə, idarələrə və təşkilatlara;

90.2.12. aşağıdakı məlumatlardan hər hansı birini göstərməyən anonim ianə köçürənlərə (vətəndaş üçün — soyadını, adını, atasının adını, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədinin seriyasını, nömrəsini və verilmə tarixini və ya etibarlılıq müddətini, yaşayış yerinin ünvanını, doğum tarixini, hüquqi şəxs üçün — vergi ödəyicisinin eyniləşdirmə nömrəsini, adını, qeydiyyat tarixini, bank rekvizitlərini, nizamnamə kapitalında dövlət və ya bələdiyyə payının olmasını, olduğu halda miqdarını, nizamnamə kapitalında xarici kapitalın pay miqdarını göstərməyənlərə və ya qeyri-düzgün göstərənlərə).

90.3. Seçki fondunda olan vəsaitə dair sərəncam vermək hüququ həmin fondu yaradan namizədə, qeydə alınmış namizədə, siyasi partiyaya, siyasi partiyaların blokuna, referendum üzrə təşviqat qrupuna məxsusdur. Seçki fondlarında olan vəsaitlər təyinatlı məqsəd daşıyır. Bu vəsaitdən yalnız aşağıdakı məqsədlər üçün istifadə edilə bilər:

90.3.1. namizədlərin irəli sürülməsinin müdafiəsi, referendum üzrə təşviqat qrupunda üzvlüyə razılıq verilməsi üçün imzaların toplanmasına yönəlmiş təşkilati-tex Maddə 90. … izədlərin irəli sürülməsinin müdafiəsi, referendum üzrə təşviqat qrupunda üzvlüyə razılıq verilməsi üçün imzaların toplanmasına yönəlmiş təşkilati-texniki tədbirlərin maliyyə təminatı, habelə seçici imzalarının toplanması üçün müvafiq şəxslərin haqqının ödənilməsi;

90.3.2. seçkiqabağı təşviqatla bağlı işlərin, habelə informasiya və məşvərət xidmətlərinin dəyərinin ödənilməsi;

90.3.3. seçki kampaniyasının keçirilməsi ilə əlaqədar hüquqi şəxslərin və vətəndaşların bilavasitə yerinə yetirdikləri digər işlərin dəyərinin ödənilməsi ilə bağlı xərclər.

90.4. Namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları səsvermə gününədək bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydada seçki fondlarının hesablarına köçürülmüş pul vəsaitindən istifadə edirlər. Namizədlərə, qeydə alınmış namizədlərə, siyasi partiyalara, siyasi partiyaların bloklarına, referendum üzrə təşviqat qruplarına seçkiqabağı təşviqat fəaliyyəti və imzaların yığılması üçün seçki fondlarına daxil olan vəsaitdən başqa, digər pul vəsaitindən istifadə etmək qadağandır. Həmin qaydalar, bu Məcəllənin 55.3 və 69.8-ci maddələrində göstərilən hallar istisna olmaqla, siyasi partiyaların öz hesablarından seçkiqabağı təşviqat sayılmayan və öz seçki kampaniyalarının keçirilməsi ilə əlaqədar olmayan digər fəaliyyət üçün istifadə etdikləri vəsaitlərə aid edilmir.

90.5. Müvafiq seçki komissiyasında qeydə alınmamış namizəd, namizədləri qeydə alınmamış siyasi partiya, siyasi par Maddə 90. … ə etdikləri vəsaitlərə aid edilmir.

90.5. Müvafiq seçki komissiyasında qeydə alınmamış namizəd, namizədləri qeydə alınmamış siyasi partiya, siyasi partiyaların bloku yekun maliyyə hesabatı təqdim edilənədək seçki fondunun xərclənməmiş pul vəsaitlərini (göndərilmə xərclərinin çıxılması şərti ilə) köçürülən ianələrin məbləğlərinin proporsional nisbətinə uyğun olaraq ianəçi vətəndaşlara və hüquqi şəxslərə qaytara bilər. Qeydə alınmamış namizəd, namizədi qeydə alınmamış siyasi partiya, siyasi partiyaların bloku bu hüquqdan istifadə etmədikdə, xərclənməmiş pul vəsaiti müvafiq olaraq dövlət və ya bələdiyyə büdcəsinə köçürülür.

90.7. Qeydə alınmış namizəd, namizədi qeydə alınmış siyasi partiya, siyasi partiyaların bloku seçki fondlarının xərclənməmiş pul vəsaitini ianə köçürən vətəndaşlara və hüquqi şəxslərin hesablaşma hesabına bu Məcəllənin 90.5-ci maddəsində göstərilən qaydada köçürə bilərlər. Qeydə alınmış namizəd, namizədi qeydə alınmamış siyasi partiya, siyasi partiyaların bloku bu hüquqdan istifadə etmədikdə xərclənməmiş pul vəsaiti müvafiq olaraq dövlət və ya bələdiyyə büdcəsinə köçürülür.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver