QanunvericilikAzərbaycan Respublikasının Seçki Məcəlləsi › Maddə 92

Maddə 92. Maliyyə əməliyyatlarının aparılması müddətinin uzadılmasının əsasları

Azərbaycan Respublikasının Seçki Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

92.1. Namizədin, qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, referendum üzrə təşviqat qrupunun vəsatəti əsasında Mərkəzi Seçki Komissiyası maliyyə əməliyyatlarının aparılması müddətini aşağıdakı hallarda uzada bilər:

92.1.1. qeydiyyatdan imtina edilənədək namizədin, namizədi qeydə alınmış siyasi partiyanın, siyasi partiyalar blokunun, referendum üzrə təşviqat qrupunun gördükləri işlərin dəyərinin ödənilməsi üçün; namizədin namizəd kimi çıxış etməyə razılıq verməsi barədə ərizəsini geri götürməsi və ya siyasi partiya, siyasi partiyaların bloku tərəfindən geri çağırılması; referendum üzrə təşviqat qrupunun yaradılmasının təşəbbüsçüləri həmin qrupun tərkibindən çıxmaq haqqında müvafiq seçki komissiyasına müraciət etdikdə və bu halda referendum üzrə təşviqat qrupunun yaradılmasının təşəbbüsçülərinin sayı bu Məcəllənin 63-cü maddəsi ilə müəyyən edilən saydan az olduqda, bu Məcəllə ilə müəyyənləşdirilmiş müddətdə imza vərəqələri və digər sənədlər qeydiyyat üçün təqdim edilənədək görülən işlərin dəyərinin ödənilməsi üçün;

92.1.2. öz namizədliyini geri götürmüş qeydə alınmış namizədə, qeydə alınmış namizədini geri çağırmış siyasi partiyaya, siyasi partiyaların blokuna, qeydiyyatı ləğv edilmiş qeydə alınmış namizədə, qeydiyyatı ləğv edilmiş referendum üzrə təşviqat qrupuna referendum üzrə təşviqat qrupunun, namizədin qeydiyyatının ləğv edilməsi haqqında qərarın qəbul edilməsinəd Maddə 92. … v edilmiş referendum üzrə təşviqat qrupuna referendum üzrə təşviqat qrupunun, namizədin qeydiyyatının ləğv edilməsi haqqında qərarın qəbul edilməsinədək görülmüş (keçirilmiş) işlərin dəyərinin ödənilməsi ilə əlaqədar;

92.1.3. digər hallarda — qeydə alınmış namizədə, siyasi partiyaya, siyasi partiyaların blokuna, referendum üzrə təşviqat qrupuna səsvermə gününədək görülmüş işlərin dəyərinin ödənilməsi ilə əlaqədar.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver