91.1. Seçki fondunu formalaşdırmaq üçün xüsusi seçki (referendum) hesabı (bundan sonra — seçki hesabı) Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi müvafiq bankda açılır. Həmin hesab namizədin, referendum üzrə təşviqat qrupunun qeydiyyatı üçün zəruri olan seçici imzalarının yığılmasına azı 24 saat qalmış açılmalıdır. Namizəd, siyasi partiya, siyasi partiyaların bloku, referendum üzrə təşviqat qrupu yalnız bir xüsusi hesab aça bilər.
91.2. Bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydada rəsmiləşdirilmiş sənədlər təqdim edildikdə müvafiq bank namizədə, siyasi partiyaya, siyasi partiyaların blokuna, referendum üzrə təşviqat qrupuna 3 gün müddətində xüsusi seçki hesabı açmalıdır. Bütün pul vəsaiti xüsusi seçki hesabına manatla köçürülür.
91.3. Qeydə alınmış namizədlərin, namizədi qeydə alınmış siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının bütün maliyyə əməliyyatları səsvermə günündən sonra 3 gün müddətində dayandırılır.
91.4. Bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydada qeydiyyat üçün zəruri olan sənədlər müvafiq seçki komissiyasına təqdim edilmədikdə və ya qeydiyyatdan imtina edildikdə, namizəd olmaq istəyən şəxs verilmiş razılıq ərizəsini və ya öz namizədliyini geri götürdükdə, siyasi partiya, siyasi partiyaların bloku namizədi geri çağırdıqda, referendum üzrə təşviqat qrupu yaradılmasının təşəbbüsçüləri həmin qrupun tərkibindən çıxmaq haqqında müvafiq seçki komissiyasına müraciət etdikdə və bu halda Maddə 91. … um üzrə təşviqat qrupu yaradılmasının təşəbbüsçüləri həmin qrupun tərkibindən çıxmaq haqqında müvafiq seçki komissiyasına müraciət etdikdə və bu halda referendum üzrə təşviqat qrupunun təşəbbüsçülərinin sayı bu Məcəllənin 63-cü maddəsi ilə müəyyən edilən saydan az olduqda yaxud qeydiyyatın ləğv edilməsi barədə qərar qəbul edildikdə, müvafiq seçki komissiyasının göstərişi ilə müvafiq bank namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyanın, siyasi partiyalar blokunun, referendum üzrə təşviqat qrupunun xüsusi seçki hesablarından xərclərin ödənilməsi ilə bağlı maliyyə əməliyyatlarını dayandırır.