QanunvericilikAzərbaycan Respublikasının Seçki Məcəlləsi › Maddə 94

Maddə 94. Seçki fondlarının vəsaitlərinə dair hesabat

Azərbaycan Respublikasının Seçki Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

94.1. Xüsusi seçki hesablarının açılmasının və aparılmasının uçotu, hesabatı qaydası, habelə namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının seçki fondlarına vəsaitlərin daxil olması və xərclənməsi qaydası Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırılmaqla, Mərkəzi Seçki Komissiyası tərəfindən səsvermə gününə azı 55 gün qalmış müəyyənləşdirilir.

94.2. Namizəd, qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyaların bloku, referendum üzrə təşviqat qrupu öz seçki vəsaitlərinin daxil olmasının və xərclənməsinin uçotunu aparmağa borcludur.

94.3. Namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupu müvafiq seçki komissiyasına öz maliyyə hesabatlarını aşağıdakı növbəliklə təqdim edir:

94.3.1. birinci ilkin maliyyə hesabatı bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydada müvafiq seçki komissiyasına qeydiyyat üçün zəruri sənədlərlə eyni zamanda təqdim edilir; bu hesabata hesabatda göstərilmiş tarixə 2 gün qalmışdan əvvəlki dövr üçün məlumatlar daxil edilir;

94.3.2. ikinci ilkin maliyyə hesabatı səsvermə gününə ən tezi 20 gün qalmış və səsvermə gününə ən geci 10 gün qalmış təqdim edilir; bu hesabata orada göstərilmiş tarixə 7 gün qalmışdan əvvəlki dövr üçün məlumatlar daxil edilir;

94.3.3. yekun maliyyə hesabatı seçkilərin (referendumun) nəticələrinin rəsmi dərc edildiyi Maddə 94. … 7 gün qalmışdan əvvəlki dövr üçün məlumatlar daxil edilir;

94.3.3. yekun maliyyə hesabatı seçkilərin (referendumun) nəticələrinin rəsmi dərc edildiyi gündən ən geci 10 gün sonra təqdim edilir; yekun maliyyə hesabatına seçki fonduna vəsaitlərin daxil olmasını və xərclənməsini təsdiq edən ilkin maliyyə sənədləri qoşulur.

94.4. Namizəd, qeydə alınmış namizəd öz statusunu itirdikdə, maliyyə hesabatının verilməsi vəzifəsi namizəd, qeydə alınmış namizəd olmuş vətəndaşların üzərinə qoyulur. Siyasi partiya, siyasi partiyaların bloku, referendum üzrə təşviqat qrupu tərəfindən maliyyə hesabatının verilməsi vəzifəsi onların maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin üzərinə qoyulur, belə səlahiyyətli nümayəndə olmadıqda, siyasi partiyanın və yaxud siyasi partiyalar blokunun tərkibində seçki (referendum) kampaniyasında iştirak etmiş siyasi partiyanı, referendum üzrə təşviqat qrupunu təmsil etmək səlahiyyəti olan digər şəxs hesabat verə bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver