QanunvericilikAzərbaycan Respublikasının Seçki Məcəlləsi › Maddə 95

Maddə 95. Seçki fondlarının vəsaitlərinin istifadəsində aşkarlıq

Azərbaycan Respublikasının Seçki Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

95.1. Qeydə alınmış namizədlərin, namizədi qeydə alınmış siyasi partiyaların və siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının maliyyə hesabatlarının surətləri müvafiq seçki komissiyası tərəfindən onların alındığı gündən sonra 5 gün müddətində dərc edilir.

95.2. Müvafiq bank həftədə bir dəfədən az olmamaq şərti ilə, səsvermə gününə 10 gündən az müddət qaldıqda isə 3 bank günündə bir dəfədən az olmamaq şərti ilə Mərkəzi Seçki Komissiyasına namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyalar, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının seçki fondlarına daxil olan və xərclənən vəsaitlər barədə Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi formada məlumatlar verir. Bu halda avtomatlaşdırılmış dövlət informasiya sistemindən istifadə edilə bilər və bu cür məlumatların yayılmasına yol verilmir. Müvafiq olaraq dairə seçki komissiyası və ya Mərkəzi Seçki Komissiyası səsvermə gününədək iki həftədə bir dəfədən az olmayaraq müntəzəm surətdə seçki fondlarına vəsaitlərin daxil olması və xərclənməsi barədə məlumatları dərc edilmək üçün media subyektlərinə təqdim edir. Müvafiq seçki komissiyası qeydə alınmış namizədləri, siyasi partiyaları, siyasi partiyaların bloklarını, referendum üzrə təşviqat qruplarını onların rəsmi sorğusu əsasında öz seçki fondlarına vəsaitlərin daxil olması və xərclənməsi barədə müvafiq bankın məlumatları ilə tanış edir.

95.3. Bu Məcəllənin 77.2-ci, Maddə 95. … u əsasında öz seçki fondlarına vəsaitlərin daxil olması və xərclənməsi barədə müvafiq bankın məlumatları ilə tanış edir.

95.3. Bu Məcəllənin 77.2-ci, 77.3-cü və 77.4-cü maddələrində göstərilən dövri nəşrlər müvafiq seçki komissiyaları tərəfindən onlara verilmiş seçki fondları vəsaitlərinin daxil olması və xərclənməsi haqqında məlumatları dərc etməyə borcludur.

95.4. Müvafiq icra hakimiyyəti orqanları müvafiq seçki komissiyalarından namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının seçki fondlarına könüllü ianə verən hüquqi şəxslərin siyahısının daxil olduğu gündən sonrakı 5 gün müddətində hüquqi şəxslərin təsisçiləri barədə, hüquqi şəxslərin nizamnamə kapitalında dövlət, bələdiyyə və xarici kapital payının olması barədə və yaxud belə payın olmaması barədə, habelə hüquqi şəxsin adı və qeydiyyat tarixi barədə məlumat təqdim edirlər. Məlumatlar Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi formada təqdim edilir. Bu halda dövlət avtomatlaşdırılmış informasiya sistemindən istifadə etmək olar və bu cür məlumatların yayılmasına yol verilmir.

95.5. Müvafiq seçki komissiyası namizədləri, qeydə alınmış namizədləri, siyasi partiyaları, siyasi partiyaların bloklarını, referendum üzrə təşviqat qruplarını onların sorğusu əsasında komissiyaya daxil olmuş məlumatlarla təxirə salmadan tanış edir.

95.6. Müvafiq seçki komissiyasına bu Məcəllənin 90-cı və 93-cü maddələrinin tələblərinin pozulması ilə ianə köçürüldü Maddə 95. … arla təxirə salmadan tanış edir.

95.6. Müvafiq seçki komissiyasına bu Məcəllənin 90-cı və 93-cü maddələrinin tələblərinin pozulması ilə ianə köçürüldüyü barədə məlumat daxil olduqda, dərhal müvafiq namizədə, qeydə alınmış namizədə, siyasi partiyaya, siyasi partiyaların blokuna, referendum üzrə təşviqat qrupuna məlumat verilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver