QanunvericilikAzərbaycan Respublikasının Seçki Məcəlləsi › Maddə 97

Maddə 97. Seçki komissiyalarında nəzarət-təftiş xidməti

Azərbaycan Respublikasının Seçki Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

97.1. Seçki komissiyalarına ayrılmış pul vəsaitinin təyinatı üzrə istifadəsinə, seçki fondları vəsaitinin düzgün qeydə alınmasına və istifadəsinə, pul vəsaitinin daxil olma mənbələrinə nəzarəti təmin etmək məqsədi ilə Mərkəzi Seçki Komissiyasında və dairə seçki komissiyasında nəzarət-təftiş xidmətləri yaradılır.

97.2. Nəzarət-təftiş xidmətinə aşağıdakılar daxildir:

97.2.1. nəzarət-təftiş xidmətinin rəhbəri;

97.2.2. həmin xidmətə təyin edilmiş seçki komissiyasının üzvləri, dövlət orqanlarından, Azərbaycan Respublikasının Mərkəzi Bankından, digər təşkilat və idarələrdən cəlb edilmiş mütəxəssislər. Göstərilən orqanlar və təşkilatlar müvafiq seçki komissiyasının sorğusu ilə seçkilərin təyin edilməsi haqqında qərarın (sərəncamın) rəsmi dərc edildiyi gündən başlayaraq Mərkəzi Seçki Komissiyasının sərəncamına seçkilər müddətinə müvafiq mütəxəssislər göndərməlidirlər.

97.3. Nəzarət-təftiş xidmətinə cəlb edilən mütəxəssislər dövlət və ya bələdiyyə orqanlarının işçiləri olduqda, əsas işdən müvəqqəti azad edildikdə əsas iş yeri üzrə orta aylıq əmək haqqı saxlanılır və Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada və həcmdə müvafiq seçki komissiyası tərəfindən əlavə vəsait ödənilir.

97.4. Nəzarət-təftiş xidməti haqqında əsasnamə Mərkəzi Seçki Komissiyası tərəfindən seçkilər gününə azı 50 gün qalmış təsdiq edilir. Nəzarət-təftiş xidmətinin fəaliyyətinin təşkilati, hüquqi, maddi-texniki təminatı müvafiq seçki komissiyalar Maddə 97. … r gününə azı 50 gün qalmış təsdiq edilir. Nəzarət-təftiş xidmətinin fəaliyyətinin təşkilati, hüquqi, maddi-texniki təminatı müvafiq seçki komissiyaları tərəfindən həyata keçirilir.

97.5. Nəzarət-təftiş xidməti namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının seçki fondlarına vəsaitin daxil olmasına, bu vəsaitin uçotuna və təyinatı üzrə xərclənməsinə, habelə aşağı seçki komissiyalarına ayrılmış vəsaitin təyinatı üzrə xərclənməsinə nəzarət etmək hüququna malikdir. Bu məqsədlər üçün müvafiq seçki komissiyasının tapşırığı ilə nəzarət-təftiş xidməti:

97.5.1. namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının, aşağı seçki komissiyalarının maliyyə hesabatlarını yoxlayır;

97.5.2. namizədlərdən, qeydə alınmış namizədlərdən, siyasi partiyalardan, siyasi partiyaların bloklarından, referendum üzrə təşviqat qruplarından, seçki komissiyalarından öz səlahiyyətinə aid bütün məsələlər üzrə məlumat alır;

97.5.3. icra hakimiyyəti orqanlarından, bələdiyyə qurumlarından, mülkiyyət formasından asılı olmayaraq təşkilatlardan, vətəndaşlardan nəzarət-təftiş xidmətinə aid məsələlər barəsində, seçkilərin maliyyə təminatı ilə əlaqədar zəruri məlumatları alır; nəzarət-təftiş xidmətinin müraciətlərinə 10 gün müddətində, səsvermə gününə 5 gün qalmış və səsvermə günü dərhal cavab verilir;

97.5.4. seçkilərin maliyyələşdirilməsində yol verilmiş Maddə 97. … ətlərinə 10 gün müddətində, səsvermə gününə 5 gün qalmış və səsvermə günü dərhal cavab verilir;

97.5.4. seçkilərin maliyyələşdirilməsində yol verilmiş maliyyə pozuntuları barədə müvafiq sənədlər tərtib edir;

97.5.5. seçkilərin maliyyələşdirilməsində buraxdıqları pozuntulara görə vətəndaşlara və hüquqi şəxslərə, namizədlərə, qeydə alınmış namizədlərə, siyasi partiyalara, siyasi partiyaların bloklarına, referendum üzrə təşviqat qruplarına qarşı müvafiq məsuliyyət tədbirlərinin tətbiq edilməsi haqqında müvafiq seçki komissiyaları qarşısında məsələ qaldırır;

97.5.6. yoxlamaların keçirilməsi və ekspert rəylərinin hazırlanması üçün ekspertləri cəlb edir. III bölmə SEÇKİLƏRİN (REFERENDUMUN) KEÇİRİLMƏSİ On beşinci fəsil SƏSVERMƏNİN TƏŞKİL İ

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver