QanunvericilikAzərbaycan Respublikasının Seçki Məcəlləsi › Maddə 96

Maddə 96. Seçki komissiyalarının fəaliyyətinin maliyyə təminatı

Azərbaycan Respublikasının Seçki Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

96.1. Seçkilərin hazırlanmasına və keçirilməsinə, seçki komissiyalarının işinin təmin edilməsinə ayrılan vəsaiti seçki komissiyaları bu Məcəllənin müəyyənləşdirdiyi məqsədlər üçün müstəqil istifadə edirlər.

96.2. Əvvəlki seçkilərdən qalıq vəsait də daxil olmaqla, dövlət büdcəsinin vəsaiti hesabına seçki komissiyalarının aşağıdakı fəaliyyət istiqamətləri maliyyələşdirilir:

96.2.1. bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydada və həcmdə qeydə alınmış namizədlərin, vahid namizədlər siyahısı qeydə alınmış siyasi partiyanın, siyasi partiyalar blokunun, referendum üzrə təşviqat qrupunun seçki fondlarının formalaşdırılmasında iştirak;

96.2.2. bu Məcəllənin 70-ci maddəsi ilə müəyyənləşdirilmiş qaydada və həcmdə seçki dairəsi (dairələri) üzrə qeydə alınmış namizədlərin nəqliyyat xərcləri və kompensasiya qaydasında verilən ödənişlər;

96.2.3. seçki komissiyasının həlledici səs hüquqlu üzvünün və komissiya aparatı işçilərinin, mülki müqavilə üzrə komissiyada işləməyə cəlb edilmiş ştatdankənar işçilərin əmək haqlarının ödənilməsi;

96.2.4. möhürlərin hazırlanması və nəşriyyat fəaliyyətinin həyata keçirilməsi, texnoloji avadanlığın əldə edilməsi və qurulması;

96.2.5. nəqliyyat xərcləri, o cümlədən ucqar və yolu çətin yerlərdə nəqliyyat xərcləri;

96.2.6. seçki sənədlərinin çatdırılması və mühafizəsi;

96.2.7. seçki sisteminin inkişafı, seçicilərin və seçkilərin təşkilatçılarının hüquqi maarifləndirilməsi bu sahədə məqsədli proqramlar Maddə 96. … və mühafizəsi;

96.2.7. seçki sisteminin inkişafı, seçicilərin və seçkilərin təşkilatçılarının hüquqi maarifləndirilməsi bu sahədə məqsədli proqramların həyata keçirilməsi;

96.2.8. seçkilərin keçirilməsi ilə bağlı ezamiyyət xərclərinin və digər xərclərin, habelə seçki komissiyalarının səlahiyyətləri və fəaliyyəti ilə bağlı digər xərclərin ödənilməsi.

96.3. Mərkəzi Seçki Komissiyasının üzvləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdə əmək haqqı alırlar. Seçkilərin hazırlanması və keçirilməsi dövründə, habelə seçici siyahılarının hazırlanması dövründə bu Məcəllənin 33.1-ci və 38.1-ci maddələrinə uyğun olaraq seçki komissiyasının həlledici səs hüquqlu üzvünün işlədiyi yerdə orta aylıq əmək haqqı saxlanılır və Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi qaydada və həcmdə müvafiq seçki komissiyası tərəfindən ona əlavə vəsait ödənilir.

96.4. Mərkəzi Seçki Komissiyasının digər seçki komissiyalarına ayırdığı pul vəsaitinin köçürülməsi, hesabatı, qeydiyyatı, hesabların açılması və bağlanması qaydasını Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırmaqla səsvermə gününə azı 50 gün qalmış müəyyənləşdirir. Seçki komissiyaları dövlət büdcəsindən ayrılmış vəsaitin xərclənməsinin maliyyə uçotunu aparırlar.

96.5. Seçkilərin hazırlanmasına və keçirilməsinə ayrılmış vəsaitin daxil olması və xərclənməsi haqqında seçki komissiyalarının maliyyə hesabatlarının nümunələri və namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, s Maddə 96. … ı və xərclənməsi haqqında seçki komissiyalarının maliyyə hesabatlarının nümunələri və namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının seçki fondlarına vəsaitin daxil olması və xərclənməsi haqqında sənədlərin nümunələri Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırmaqla səsvermə gününə azı 55 gün qalmış müəyyənləşdirirlər.

96.6. Məntəqə seçki komissiyası dövlət büdcəsindən ayrılmış vəsaitin daxil olması və xərclənməsi barədə dairə seçki komissiyasına səsvermə günündən sonra 5 gün müddətində maliyyə hesabatı təqdim edir.

96.7. Dairə seçki komissiyası dövlət büdcəsindən ayrılmış vəsaitin daxil olması və xərclənməsi haqqında Mərkəzi Seçki Komissiyasına səsvermə günündən sonra 10 gün müddətində maliyyə hesabatı təqdim edir.

96.8. Dairə seçki komissiyası seçkilərin nəticələrinin rəsmi dərci günündən başlayaraq 10 gün müddətində namizədlərin, qeydə alınmış namizədlərin seçki fondlarına vəsaitin daxil olması və xərclənməsi haqqında məlumatları Mərkəzi Seçki Komissiyasına təqdim edir.

96.9. Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikasının Prezidentinə, Milli Məclisə və media subyektlərinə büdcə vəsaitlərinin istifadəsi, namizədlərin, qeydə alınmış namizədlərin seçki fondlarının vəsaitinin xərclənməsi və siyasi partiyaların, siyasi partiyalar bloklarının vəsaitinin xərclənməsi barədə seçkilərin ümumi nəticələrinin rəsmi dərci günündən sonra üç ay müddətində məlumat təqdim edir. Göstərilən maliyyə Maddə 96. … rının vəsaitinin xərclənməsi barədə seçkilərin ümumi nəticələrinin rəsmi dərci günündən sonra üç ay müddətində məlumat təqdim edir. Göstərilən maliyyə hesabatı və məlumatlar Azərbaycan Respublikasının Prezidentinə, Milli Məclisə təqdim edildiyi gündən başlayaraq bir ay müddətində Mərkəzi Seçki Komissiyasının rəsmi mətbuat orqanında dərc edilməlidir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver