QanunvericilikAzərbaycan Respublikasının Seçki Məcəlləsi › Maddə 99

Maddə 99. Seçki bülletenləri

Azərbaycan Respublikasının Seçki Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

99.1. Seçki bülletenlərinin (bundan sonra — seçki bülleteni) hazırlanması qaydası, mətni və forması, onların sayı, hazırlanmasına aid tələblər səsvermə gününə azı 35 gün qalmış Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edilir.

99.2. Seçki bülletenlərində namizədlərin soyadları əlifba sırası ilə yerləşdirilir.

99.3. Hər bir seçki bülleteni Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada bir-bir və ardıcıl olaraq nömrələnməlidir və onun doldurulması qaydası haqqında izahat verilməlidir. Nömrə seçki bülleteninin kəsilən küncündə yerləşdirilir.

99.4. Seçki bülletenləri Mərkəzi Seçki Komissiyasının qərarı ilə onun nümayəndələrinin müşahidəsi altında poliqrafiya müəssisələrində səsvermə gününə ən azı 10 gün qalmış hazırlanır. Hazırlanmış seçki bülletenlərinin sayı müvafiq seçki dairəsində qeydə alınmış seçicilərin sayından ən çoxu 3 faiz artıq ola bilər.

99.5. Poliqrafiya müəssisəsi yararsız seçki bülletenlərinin seçilib ayrılmasını təmin edir və Mərkəzi Seçki Komissiyasının səlahiyyətli üzvünə bülletenləri onların sayı, buraxılma tarixi, nömrələri və vaxtı göstərilmiş akt üzrə təhvil verir. Seçki bülletenlərini sifarişə uyğun olaraq təhvil verdikdən sonra poliqrafiya müəssisəsinin işçiləri çıxdaş olunmuş və artıq çap edilmiş bülletenləri məhv edir və bu barədə bütün iştirakçıların imzası qoyulmaqla akt tərtib edir. Həmin hərəkətlərin edilməsini Mərkəzi Seçki Komissiyasının üzvləri və bu Məcəllənin 40.2-cı və 40.4-cü maddələrində göstərilən şəxslə Maddə 99. … akt tərtib edir. Həmin hərəkətlərin edilməsini Mərkəzi Seçki Komissiyasının üzvləri və bu Məcəllənin 40.2-cı və 40.4-cü maddələrində göstərilən şəxslər müşahidə edə bilərlər. Mərkəzi Seçki Komissiyası qeydə alınmış namizədlərə, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının səlahiyyətli nümayəndələrinə seçki bülletenlərinin buraxılması yeri və vaxtı barədə məlumat verməlidir.

99.6. Mərkəzi Seçki Komissiyası poliqrafiya müəssisəsindən seçki bülletenlərini aldıqdan sonra səsvermə gününə azı 5 gün qalmış müvafiq dairə seçki komissiyasının sədrinin və katiblərinin iştirakı ilə bülletenlərin sayını, verilmə tarixini, vaxtını göstərməklə akt tərtib edib, seçki bülletenlərini dairə seçki komissiyasının sədrinə verir. Hər bir məntəqə seçki komissiyasına verilən seçki bülletenlərinin sayı dairə seçki komissiyasının qərarı ilə müəyyənləşdirilir. Dairə seçki komissiyası səsvermə gününə azı 3 gün qalmış seçki bülletenlərini göstərilən qaydada məntəqə seçki komissiyalarına verir. Məntəqə seçki komissiyalarına verilmiş seçki bülletenlərinin sayı seçki bülletenlərinin verildiyi günədək seçki məntəqəsi üzrə siyahıya daxil edilmiş seçicilərin sayının 90 faizindən az, 0,5 faizindən isə artıq ola bilməz. Seçki bülletenləri məntəqə seçki komissiyası tərəfindən sayılır və alınmış seçki bülletenlərinin sayı məntəqə seçki komissiyasının qərarı ilə təsdiq edilir. Əgər verilməli olan və alınan seçki bülletenlərinin sayı düz gəlməzsə, dairə seçki komissiyası b Maddə 99. … əntəqə seçki komissiyasının qərarı ilə təsdiq edilir. Əgər verilməli olan və alınan seçki bülletenlərinin sayı düz gəlməzsə, dairə seçki komissiyası bu uyğunsuzluq haqqında dərhal məlumatlandırılır. Seçki bülletenlərinin üz tərəfinin yuxarı sağ küncü məntəqə seçki komissiyasının möhürü ilə təsdiq edilir.

99.7. Seçki bülletenlərinin verilməsi və saxlanması üçün seçki bülletenlərini verən, qəbul edən və mühafizə edən seçki komissiyalarının sədrləri məsuliyyət daşıyırlar.

99.8. Müstəsna hallarda bu Məcəllənin 35.4 və 35.6-cı maddələrinə uyğun olaraq səsvermə günü üzən gəmilərdə, Azərbaycan Respublikasının hüdudlarından kənarda yaradılmış seçki məntəqələrində texniki imkanlar olduqda seçki sənədlərinin, o cümlədən seçki bülletenlərinin məntəqə seçki komissiyaları tərəfindən hazırlanmasına icazə verilir. Müvafiq tirajı göstərilməklə seçki sənədlərinin hazırlanması barədə qərar Mərkəzi Seçki Komissiyası ilə razılaşdırılmaqla, müvafiq məntəqə seçki komissiyası tərəfindən qəbul edilir.

99.9. Səsvermə günü səsvermə vaxtı başa çatdıqdan sonra dairə seçki komissiyasında qalan istifadə edilməmiş seçki bülletenləri ləğv edilir və bu barədə dairə seçki komissiyası akt tərtib edir. Seçki bülletenləri ləğv edildikdə bu Məcəllənin 40.2-ci və 40.4-cü maddələrində göstərilən şəxslər iştirak edə bilərlər. Ləğv edilmiş seçki bülletenləri komissiyanın digər sənədləri ilə birlikdə seçki komissiyasının katibində saxlanılır.

99.10. Seçki bülletenləri hazırlandıqdan sonra bəzi namizədlər çıxdıqda və y Maddə 99. … n digər sənədləri ilə birlikdə seçki komissiyasının katibində saxlanılır.

99.10. Seçki bülletenləri hazırlandıqdan sonra bəzi namizədlər çıxdıqda və ya onların qeydiyyatı ləğv edildikdə, Mərkəzi Seçki Komissiyasının qərarı ilə dairə və ya məntəqə seçki komissiyaları seçki bülletenlərindən belə namizədlər və ya siyasi partiyalar, siyasi partiyaların blokları barədə məlumatları, çap olunmuş seçki bülletenində qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyaların bloku haqqında məlumata əlavə və ya dəyişikliklər haqqında müvafiq məlumatları məntəqə seçki komissiyasının məlumat lövhəsində yerləşdirir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver