100.1. Bu Məcəllənin Xüsusi hissəsinin tələbləri nəzərə alınmaqla, seçki komissiyalarının səsvermə protokollarının (bundan sonra — protokollar) hazırlanması qaydası, mətni və forması, onların sayı, hazırlanmasına aid tələblər səsvermə gününə ən geci 45 gün qalmış Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edilir.
100.2. Hər bir protokola aşağıdakı məlumatlar daxil edilir:
100.2.1. seçicilər siyahısındakı seçicilərin ümumi sayı;
100.2.2. səsvermə üçün qeydiyyatdan çıxma vəsiqəsi alınmış seçicilərin sayı;
100.2.3. məntəqə seçki komissiyasına dairə seçki komissiyasından (dairə seçki komissiyasına Mərkəzi Seçki Komissiyasından) verilmiş seçki bülletenlərinin sayı;
100.2.5. seçki bülletenləri alan seçicilərin sayı;
100.2.6. səsvermə otağından kənarda səs verən seçicilərə seçki bülletenlərinin sayı;
100.2.7. səsvermə üçün qeydiyyatdan çıxma vəsiqəsi ilə səs verən seçicilərin sayı;
100.2.8. istifadə edilməmiş seçki bülletenlərinin sayı;
100.2.9. ləğv edilmiş seçki bülletenlərinin sayı;
100.2.12. daşınar seçki qutularında aşkar edilən seçki bülleteninin sayı (müəyyənləşdirilmiş formada olmayan bülletenlər istisna edilməklə);
100.2.13. daşınmaz seçki qutularında aşkar edilən seçki bülleteninin sayı (müəyyənləşdirilmiş formada olmayan bülletenlər istisna edilməklə);
100.2.14. etibarlı sayılan səslərin sayı;
100.2.15. etibarsız sayılmış səslərin sayı (eləcə də ayrıca sətirlərdə — m Maddə 100. … etenlər istisna edilməklə);
100.2.14. etibarlı sayılan səslərin sayı;
100.2.15. etibarsız sayılmış səslərin sayı (eləcə də ayrıca sətirlərdə — müəyyənləşdirilmiş formada olmayan və heç bir qeyd edilməmiş seçki bülletenlərinin sayı);
100.2.16. korlanmış seçki bülletenlərinin sayı;
100.2.17. protokolun tərtib edilmə tarixi və vaxtı.
100.3. Protokol 3 nüsxədən ibarət olaraq (hər bir nüsxəsi müxtəlif rəngdə olmaqla) karbonlaşdırılmış kağızdan buklet formasında hazırlanır.
100.4. Hər bir protokol Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada bir-bir və ardıcıl olaraq nömrələnməlidir və seçki dairələrinin sayına uyğun olaraq onların seriyaları göstərilməlidir (Mərkəzi Seçki Komissiyasının protokolları istisna olmaqla).
100.5. Protokollar dövlət dilində çap edilir.
100.6. Protokollar Mərkəzi Seçki Komissiyasının qərarı ilə onun nümayəndələrinin müşahidəsi altında poliqrafiya müəssisələrində səsvermə gününə ən geci 30 gün qalmış hazırlanır.
100.7. Poliqrafiya müəssisəsi yararsız protokolların seçilib ayrılmasını təmin edir və Mərkəzi Seçki Komissiyasının səlahiyyətli üzvünə protokollar onların sayı, buraxılma tarixi və vaxtı göstərilmiş akt üzrə təhvil verir. Protokollar sifarişə uyğun olaraq təhvil verildikdən sonra poliqrafiya müəssisəsinin işçiləri çıxdaş olunmuş və artıq çap edilmiş protokolları məhv edir və bu barədə bütün iştirakçıların imzası qoyulmaqla akt tərtib edir. Bu hərəkətlərin edilməsini Mərkəzi Seçki Komissiyasının üzvləri və bu Məcəllənin 40.2-ci v Maddə 100. … ədə bütün iştirakçıların imzası qoyulmaqla akt tərtib edir. Bu hərəkətlərin edilməsini Mərkəzi Seçki Komissiyasının üzvləri və bu Məcəllənin 40.2-ci və 40.4-cü maddələrində göstərilən şəxslər müşahidə edə bilərlər. Mərkəzi Seçki Komissiyası qeydə alınmış namizədlərə, siyasi partiyaların, siyasi partiyalar bloklarının referendum üzrə təşviqat qruplarının səlahiyyətli nümayəndələrinə protokolların buraxılması yeri və vaxtı barədə məlumat verməlidir.
100.8. Mərkəzi Seçki Komissiyası poliqrafiya müəssisəsindən səsvermə protokollarını aldıqdan sonra səsvermə gününə azı 20 gün qalmış müvafiq dairə seçki komissiyası sədrinin və katiblərinin iştirakı ilə protokolların sayını, seriya və nömrələrini, verilmə tarixini, vaxtını göstərməklə akt tərtib edib, protokolları seçki məntəqələrinin sayı nəzərə alınmaqla dairə seçki komissiyasının sədrinə verir. Dairə seçki komissiyası səsvermə gününə ən azı 4 gün qalmış protokolları göstərilən qaydada məntəqə seçki komissiyalarına verir.
100.9. Protokolların verilməsi və saxlanması üçün seçki bülletenlərini verən, qəbul edən və mühafizə edən seçki komissiyaları sədrləri məsuliyyət daşıyırlar.
100.10. Bu Məcəllənin 35.4-cü və 35.6-cı maddələrinə uyğun olaraq müstəsna hallarda səsvermə günü üzən gəmilərdə, Azərbaycan Respublikasının hüdudlarından kənarda yaradılmış seçki məntəqələrində texniki imkanlar olduqda protokolların məntəqə seçki komissiyaları tərəfindən hazırlanmasına icazə verilir.
100.11. Seçki protokolları ilə eyni müddətdə seçki Maddə 100. … mkanlar olduqda protokolların məntəqə seçki komissiyaları tərəfindən hazırlanmasına icazə verilir.
100.11. Seçki protokolları ilə eyni müddətdə seçki protokollarının surətləri hazırlanır və seçki komissiyalarına verilir. Hər bir seçki komissiyasına protokolun 30 surəti verilir. Protokolların surətlərində seriya və nömrə poliqrafiya üsulu ilə göstərilmir, onlar protokolun surəti doldurulduqda müvafiq protokola uyğun olaraq yazı ilə qeyd edilir. Bu Məcəllənin 40.2-ci və 40.4-cü maddələrində göstərilən şəxslərə verilən seçki komissiyalarının protokollarının və digər sənədlərinin surətlərini onların tələbi ilə komissiyanın sədri və ya katibi təsdiq edir. Bu halda həmin şəxs təsdiq olunan sənədin surətinə “Əsli ilə düzdür” sözlərini yazdıqdan sonra onu imzalayır (protokolun seriya və nömrəsini yazır), komissiyanın möhürü ilə təsdiqləyir və təsdiqetmə tarixini qoyur. Sənədin təsdiq olunan bir surətini bu Məcəllənin 40.2 və 40.4-cü maddələrində göstərilən şəxslər haqq ödəmədən, əlavə surətlərini isə bu Məcəllənin 42.2.9-cu maddəsi nəzərə alınmaqla Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilən haqqı, ödədikdən sonra alırlar.
100.12. Protokollar seçki komissiyasının həlledici səs hüquqlu üzvləri tərəfindən tərtib edilir və seçki komissiyasının həlledici səs hüquqlu üzvlərinin ümumi sayının ən azı 2/3-si tərəfindən imzalanır. Komissiyanın bütövlükdə protokolla və ya onun ayrı-ayrı hissələri ilə razılaşmayan həlledici səs hüquqlu üzvü protokola öz xüsusi rəyini əlavə edə bilər və Maddə 100. … iyanın bütövlükdə protokolla və ya onun ayrı-ayrı hissələri ilə razılaşmayan həlledici səs hüquqlu üzvü protokola öz xüsusi rəyini əlavə edə bilər və bu barədə protokolda müvafiq qeyd aparılır. Protokolun tərtib edilməsini bu Məcəllənin 40.2-ci və 40.4-cü maddələrində göstərilən şəxslər müşahidə edə bilərlər. Protokolun karandaşla yazılmasına və ona hər hansı düzəliş edilməsinə icazə verilmir. Maddə 101. Səsvermə üçün qeydiyyatdan çıxma vəsiqəsi
101.1. Referendum və prezident seçkiləri zamanı seçicilərə vahid dairə üzrə səsvermə üçün qeydiyyatdan çıxma vəsiqəsi verilə bilər. Səsvermə üçün qeydiyyatdan çıxma vəsiqəsinin (bundan sonra — səsvermə vəsiqəsi) forması, hazırlanma qaydası, sayı, verilmə reyestrinin forması, hazırlanmasına aid tələblər Mərkəzi Seçki Komissiyası tərəfindən səsvermə gününə azı 45 gün qalmış təsdiq edilir. Səsvermə vəsiqələri bu Məcəllənin 99.2 — 99.5-ci maddələrində göstərilən qaydada hazırlanır. Səsvermə vəsiqələri yuxarı seçki komissiyasından aşağı seçki komissiyasına bu Məcəllənin 99.6-cı maddəsi ilə müəyyənləşdirilmiş qaydada təhvil verilir. Səsvermə vəsiqələrinin verilməsi və saxlanması üçün müvafiq seçki komissiyalarının sədrləri məsuliyyət daşıyırlar.
101.2. Səsvermə günü seçicilər siyahısına daxil edilmiş, seçki məntəqəsində səs vermək imkanı olmayan seçici müvafiq dairə seçki komissiyasında (səsvermə gününə 45-25 gün qalmış) və ya məntəqə seçki komissiyasında (səsvermə gününə 24-3 gün qalmış) səsvermə vəsiqəsini ala bilər və həmin vəsiqə Maddə 100. … (səsvermə gününə 45-25 gün qalmış) və ya məntəqə seçki komissiyasında (səsvermə gününə 24-3 gün qalmış) səsvermə vəsiqəsini ala bilər və həmin vəsiqə əsasında səsvermə günü olduğu ərazidəki seçki məntəqəsində səs verə bilər Bu qayda Milli Məclisə seçkilər zamanı müvafiq seçki dairəsinin ərazisində, prezident seçkiləri və referendum zamanı respublikanın bütün ərazisində, bələdiyyə seçkilərində isə müvafiq bələdiyyənin ərazisində tətbiq edilir.
101.3. Səsvermə vəsiqəsi müvafiq seçki komissiyası tərəfindən seçicinin ərizəsi əsasında seçiciyə və ya notariat qaydasında təsdiq edilmiş vəkalətnamə əsasında onun nümayəndəsinə verilir. Ərizədə seçicinin səsvermə vəsiqəsi almasının səbəbləri göstərilməlidir. Ərizə verildiyi gündən başlayaraq iki gün müddətində məntəqə seçki komissiyası dairə seçki komissiyasına müraciət edərək, seçicinin əvvəl səsvermə vəsiqəsini alıb-almaması faktını araşdırmalıdır. Bir seçiciyə bir neçə səsvermə vəsiqəsinin verilməsi qadağandır.
101.4. Dairə seçki komissiyası səsvermə vəsiqələrinin reyestrini tərtib edir. Həmin reyestrdə səsvermə vəsiqəsi alan seçicilərin soyadı, adı, atasının adı, doğum tarixi, yaşayış yerinin ünvanı göstərilməlidir. Səsvermə gününə 25 gün qalmış dairə seçki komissiyası məntəqə seçki komissiyalarına seçicilərin siyahıları ilə birlikdə göstərilən reyestrdən təsdiq edilmiş çıxarışları göndərir. Məntəqə seçki komissiyası seçicilər siyahısında həmin çıxarışlara əsasən müvafiq qeydlər apara bilər.
101.5. Səsvermə vəsiqəsinin alınm Maddə 100. … ları göndərir. Məntəqə seçki komissiyası seçicilər siyahısında həmin çıxarışlara əsasən müvafiq qeydlər apara bilər.
101.5. Səsvermə vəsiqəsinin alınması haqqında seçici və ya onun nümayəndəsi reyestrdə (dairə seçki komissiyasında) və ya seçicilər siyahısında (məntəqə seçki komissiyasında) şəxsiyyət vəsiqəsini və ya onu əvəz edən sənədin seriyasını, nömrəsini və verilmə tarixini və ya etibarlılıq müddətini göstərməklə imza atır. Bu zaman səsvermə vəsiqəsinin kəsilən küncü reyestrə və ya seçicilər siyahısına əlavə edilir. Bunun əsasında seçici qeydə alınmış seçicilərin hesablanması zamanı nəzərə alınmır və müvafiq protokola daxil edilmir.
101.6. Məntəqə seçki komissiyası verilən səsvermə vəsiqələri haqqında məlumatı vəsiqə verildikdən sonra dərhal dairə seçki komissiyasına təqdim edir. Dairə seçki komissiyası həmin məlumatları hər 2 gündən bir Mərkəzi Seçki Komissiyasına təqdim edir.
101.7. Səsvermə vəsiqəsi bu vəsiqəni verən seçki komissiyasının möhürü ilə təsdiq edilməlidir, onun üzərində müvafiq dairə və ya məntəqə seçki komissiyası üzvünün imzası olmalıdır.
101.8. Səsvermə vəsiqəsi seçici tərəfindən seçki bülleteninin alınması üçün təqdim edildikdə vəsiqə seçicilər siyahısına əlavə edilir.
101.9. Seçici seçkilər günü səsvermə bülletenini alarkən səsvermə vəsiqəsində öz yaşayış yerinin ünvanını göstərməlidir və onu imzalamalıdır.
101.10. Səsvermə günü səsvermə başlananadək istifadə edilməmiş səsvermə vəsiqələri yarı kəsilir, bu barədə dairə və ya məntəqə seçki komiss Maddə 100. … lamalıdır.
101.10. Səsvermə günü səsvermə başlananadək istifadə edilməmiş səsvermə vəsiqələri yarı kəsilir, bu barədə dairə və ya məntəqə seçki komissiyası tərəfindən müvafiq akt tərtib edilir və həmin akt əsasında səsvermə vəsiqəsi alan seçicilərin sayı və səsvermə vəsiqəsi ilə səs verən seçicilərin sayı məntəqə seçki komissiyasının protokolunda göstərilir.