22.1. Baş plan şəhərlər və ya digər yaşayış məntəqələri səviyyəsində hazırlanır. Baş planda şəhər və ya digər yaşayış məntəqələrinin ərazisi üçün nəzərdə tutulan torpaqlardan şəhərsalma məqsədləri baxımından istifadənin növü proqnozlaşdırıla bilən ehtiyaclara əsasən ümumi şəkildə təsvir edilməlidir.
22.2. Baş planda aşağıdakılar nəzərdə tutula bilər:
22.2.1. tikinti məqsədləri üçün ərazidən istifadənin növündən və miqyasından asılı olaraq tikinti üçün nəzərdə tutulmuş ərazilər;
22.2.2. əhalinin əmtəə və xidmətlərlə təminatının, xüsusən onun sosial və mədəni-məişət ehtiyaclarının təmin edilməsi məqsədi ilə müvafiq obyekt və müəssisələr, eləcə də idman və oyun meydançaları üçün ərazilər;
22.2.3. parklar və başqa yaşıllıq əraziləri, çimərlik yerləri, qəbiristanlıqlar;
22.2.4. yol-nəqliyyat infrastrukturu üçün ərazilər;
22.2.5. mühəndis-kommunikasiya təminatı, habelə tullantılar üçün ərazilər (mərkəzi kanalizasiya sistemi olmayan tikinti əraziləri nişanlanmalıdır);
22.2.6. istifadəsi məhdudlaşdırılan və ya ətraf mühitin mühafizəsi ilə bağlı qanunvericiliyə uyğun olaraq xüsusi qaydaların tətbiq olunduğu ərazilər, təmizlənməli və abadlaşdırılmalı ərazilər;
22.2.7. su əraziləri, limanlar və su təsərrüfatı üçün nəzərdə tutulmuş ərazilər, eləcə də daşqından qorunmaq və suyun axınını tənzimləmək üçün boş saxlanılmalı olan ərazilər;
22.2.8. mühəndis hazırlığının, o cümlədən relyefin layihə təşkilinin aparılmalı olduğu ərazilər (doldurulmalı, qazılmalı ərazilər) və ya Maddə … an ərazilər;
22.2.8. mühəndis hazırlığının, o cümlədən relyefin layihə təşkilinin aparılmalı olduğu ərazilər (doldurulmalı, qazılmalı ərazilər) və ya daş, torpaq yaxud başqa qazıntıların çıxarılması üçün ərazilər;
22.2.9. kənd təsərrüfatı təyinatlı ərazilər;
22.2.10. meşələr;
22.2.11. təbii mühitin və landşaftın qorunması, onlara qayğı göstərilməsi və onların inkişafı məqsədilə tədbirlərin görülməsi üçün ərazilər.
22.3. Baş planda aşağıdakılar xüsusi qeyd olunmalıdır:
22.3.1. tikinti zamanı xüsusi tikinti tədbirlərinin və ya təbiət hadisələrinə qarşı xüsusi təhlükəsizlik tədbirlərinin görülməsi üçün zəruri olan ərazilər;
22.3.2. mədən sənayesi altında olan və ya mineralların emalı üçün nəzərdə tutulmuş ərazilər;
22.3.3. tikinti məqsədləri üçün istifadə olunması nəzərdə tutulmuş və ətraf mühit üçün təhlükə yaradan çoxlu miqdarda materiallarla yüklənmiş ərazilər;
22.3.4. strateji ekoloji qiymətləndirilmə (SEQ) sənədi və həmin sənədin dövlət ekoloji ekspertizasının rəyi.
22.4. Baş plana izahat əlavə edilməlidir. İzahatda baş planın məqsədləri və mühüm təsirləri təsvir olunmalıdır.
22.5. Tikinti məqsədləri üçün torpaqdan istifadənin növü təsbit edilmiş ərazi zonaları əsasında müəyyən edilir. Ərazilərin zonalaşdırılması aşağıdakı tələblər nəzərə alınmaqla həyata keçirilir:
22.5.1. müvafiq ərazinin planlaşdırılması üzrə əvvəllər qəbul olunmuş qərarların nəzərə alınması;
22.5.2. şəhərsalma fəaliyyətinin məhdud şəkildə yol verildiyi zonaların müəyyən edilməsi;
22.5.3. ərazidə mö Maddə … qəbul olunmuş qərarların nəzərə alınması;
22.5.2. şəhərsalma fəaliyyətinin məhdud şəkildə yol verildiyi zonaların müəyyən edilməsi;
22.5.3. ərazidə mövcud olan tikintilərin, mühəndis-kommunikasiya təminatı və nəqliyyat infrastrukturunun, həmçinin ərazinin planlaşdırma strukturunun əsas elementlərinin göstərilməsi;
22.5.4. yerli şəraitin nəzərə alınması;
22.5.5. torpaqdan istifadə növü təyin edilməklə hər zona üçün məhdudiyyətlərin və şərtlərin nəzərdə tutulması;
22.5.6. zonaların sərhədlərinin təbii komplekslərin ərazi sərhədləri ilə, torpaqdan məhdud istifadənin yol verildiyi (xüsusi şərtlərlə istifadə olunan) zonaların sanitar, sanitar-mühafizə, mühafizə zolaqları ilə və qırmızı xətlərlə uzlaşdırılması.
22.6. Tikintinin miqyası, binaların yol verilən hündürlük həddi və mərtəbələrin sayı ərazinin tikinti və tikinti sıxlığı əmsalları vasitəsilə müəyyən edilir.
22.7. Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
22.8. Baş planların qüvvədə olma müddəti 20 ildir.