QanunvericilikAzərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi › Maddə 23

Maddə 23. Müfəssəl plan

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

23.1. Müfəssəl planlar şəhərlərin, qəsəbələrin, kəndlərin əraziləri və ya onların ərazi hissələri üçün hazırlanır. Müfəssəl planda şəhərsalma fəaliyyətinin tənzimlənməsi üçün məcburi hüquqi qüvvəyə malik qaydalar təsbit olunur.

23.2. Müfəssəl planda aşağıdakılar nəzərdə tutula bilər:

23.2.1. tikinti məqsədləri üçün ərazidən istifadənin növü və miqyası;

23.2.2. tikinti qaydası (üsulu), üzərində tikinti aparılması mümkün olan və olmayan torpaq sahələri, eləcə də tikinti obyektlərinin yeri;

23.2.3. tikinti aparılan torpaq sahələri üçün həcm, en və uzunluq baxımından minimal ölçülər, yerin təkindən və torpaqdan qənaətlə və səmərəli rəftar olunması ilə əlaqədar yaşayış məqsədləri ilə istifadə edilməsi nəzərdə tutulan ərazilər üçün həmçinin maksimal ölçülər;

23.2.4. torpaq sahələrindən istifadə ilə bağlı zəruri digər obyektlər üçün ərazilər (asudə vaxt və istirahət üçün ərazilər), eləcə də dayanacaq yerləri və qarajlar üçün ərazilər;

23.2.5. ictimai ehtiyaclar, eləcə də idman və oyun qurğuları üçün ərazilər;

23.2.6. yaşayış binalarında mənzillərin yol verilən maksimal sayı;

23.2.7. şəhərsalma məqsədləri üçün xüsusi şərtlərlə istifadə olunan ərazilər;

23.2.8. tikinti aparılmayacaq ərazilər və onlardan istifadə;

23.2.9. hərəkət üçün ərazilər, o cümlədən piyadaların və velosipedlərin hərəkəti, maşınların saxlanılması üçün ərazilər, müəyyən ərazilərin hərəkət üçün nəzərdə tutulmuş ərazilərə birləşdirilməsi üçün ərazilər və bu kimi xüsusi təyinatlı ərazilər; 23.2 Maddə … ası üçün ərazilər, müəyyən ərazilərin hərəkət üçün nəzərdə tutulmuş ərazilərə birləşdirilməsi üçün ərazilər və bu kimi xüsusi təyinatlı ərazilər;

23.2.10. təchizat (təminat) məqsədlərinə xidmət edən obyekt və müəssisələr üçün ərazilər;

23.2.11. mühəndis-kommunikasiya təminatı sisteminin və xətlərinin çəkilməsi, habelə tullantılar və anbarlar üçün ərazilər;

23.2.12. yaşayış məntəqəsinin yaşıllıqla təmin edilməsi normasına uyğun parklar və başqa yaşıllıq əraziləri, qısamüddətli istirahət məqsədilə çadır qurmaq üçün yerlər, çimərlik yerləri, qəbiristanlıqlar;

23.2.13. su əraziləri, eləcə də su təsərrüfatı, daşqından qorunmaq üçün qurğuların yerləşdirilməsi və suyun axınını tənzimləmək üçün ərazilər (əgər bu məsələlər digər qanunvericilik aktları ilə həll olunmayıbsa);

23.2.14. mühəndis hazırlığının, o cümlədən relyefin layihə təşkilinin aparılmalı olduğu ərazilər (doldurulmalı, qazılmalı olan ərazilər) və ya daş, torpaq yaxud başqa qazıntıların çıxarılması üçün ərazilər;

23.2.15. heyvandarlıqla bağlı obyektlərin tikintisi (tövlələr, heyvan sərgilərinin keçirilməsi üçün qurğular və s.), habelə otlaqlar və örüşlər üçün ərazilər;

23.2.16. təbii mühitin və landşaftın qorunması və inkişafı məqsədilə tədbirlər (əgər bu məsələlər digər qanunvericilik aktları ilə həll olunmayıbsa), eləcə də bu tədbirlərin görülməsi üçün ərazilər;

23.2.17. piyada və ya nəqliyyat vasitəsi ilə hərəkət üçün ictimaiyyətin və ya maraqlı şəxslər dairəsinin xeyrinə, habelə infrastrukturun yaradılması üçün Maddə ….17. piyada və ya nəqliyyat vasitəsi ilə hərəkət üçün ictimaiyyətin və ya maraqlı şəxslər dairəsinin xeyrinə, habelə infrastrukturun yaradılması üçün yüklənməli olan ərazilər;

23.2.18. ətraf mühitin zərərli təsirlərdən mühafizəsi məqsədilə havanı çirkləndirən müəyyən materiallardan istifadənin qadağan edildiyi, yaxud məhdudlaşdırıldığı ərazilər, təmizlənməli və abadlaşdırılmalı ərazilər;

23.2.19. “ Ətraf mühitin mühafizəsi haqqında ” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş mənada ətraf mühitin zərərli təsirlərdən mühafizəsi məqsədilə müvafiq tədbirlərin görülməsi üçün ərazilər, eləcə də belə təsirlərdən qorunmaq və ya belə təsirlərin qarşısını almaq üçün tikinti və digər texniki xarakterli tədbirlər;

23.2.20. kənd və ya meşə təsərrüfatı məqsədləri üçün nəzərdə tutulmuş ərazilər istisna olmaqla, tikinti obyektlərinin hissələri üçün ağacların, kolların və digər bitkilərin əkilməsi, eləcə də onların və su hövzələrinin qorunub saxlanması üçün dayaqlar.

23.3. Müfəssəl planda aşağıdakılar xüsusi qeyd olunmalıdır:

23.3.1. tikinti zamanı xüsusi tikinti tədbirlərinin və ya təbiət hadisələrinə qarşı xüsusi təhlükəsizlik tədbirlərinin görülməsi üçün zəruri olan ərazilər;

23.3.2. mədən sənayesi altında olan və ya mineralların emalı üçün nəzərdə tutulmuş ərazilər;

23.3.3. ətraf mühit üçün təhlükə yaradan çoxlu miqdarda materiallarla yüklənmiş ərazilər;

23.3.4. strateji ekoloji qiymətləndirilmə (SEQ) sənədi və həmin sənədin dövlət ekoloji ekspertizasının rəyi.

23.4. Müfə Maddə … larla yüklənmiş ərazilər;

23.3.4. strateji ekoloji qiymətləndirilmə (SEQ) sənədi və həmin sənədin dövlət ekoloji ekspertizasının rəyi.

23.4. Müfəssəl plan onun tətbiq olunduğu ərazinin sərhədlərini müəyyən edir.

23.5. Müfəssəl plana izahat əlavə edilməlidir. İzahatda müfəssəl planın məqsədləri və mühüm təsirləri təsvir olunmalıdır.

23.6. Müfəssəl plan aşağıdakı hallarda hazırlanır və ya dəyişdirilir:

23.6.1. ümumi və baş planlara uyğun olaraq yaşayış evlərinin, ictimai təyinatlı obyektlərin, rekreasiya obyektlərinin və ümumi istifadədə olan obyektlərin, sənaye, anbar, kommersiya və ticarət obyektlərinin, mühəndis-kommunikasiya şəbəkələrinin və digər obyektlərin tikintisi məqsədilə ərazilər nəzərdə tutulduqda;

23.6.2. yeni tikinti üçün yaxud kənd və ya meşə təsərrüfatı ilə bağlı olmayan digər fəaliyyət növlərinin inkişafı üçün torpaq sahələri formalaşdırıldıqda;

23.6.3. tikinti və digər fəaliyyət növlərinin inkişafı məqsədilə torpaqdan istifadənin əsas təyinatı dəyişdirildikdə;

23.6.4. ərazidən istifadə növü, binaların yol verilən hündürlük həddi, ərazinin tikinti və tikinti sıxlığı əmsalları ilə bağlı tələblərdən hər hansı biri dəyişdikdə;

23.6.5. sənaye zonaları üçün ərazilər formalaşdırıldıqda;

23.6.6. ümumi və baş planlarda mühəndis-kommunikasiya təminatı qurğularının tikintisi nəzərdə tutulmadıqda. 23.6-1. Aidiyyəti təchizat müəssisələri tərəfindən ərazinin müfəssəl planları ilə əhatə olunan ərazilərdə mühəndis-kommunikasiya təminatı sisteminin (vasitələrinin və qurğ Maddə … hizat müəssisələri tərəfindən ərazinin müfəssəl planları ilə əhatə olunan ərazilərdə mühəndis-kommunikasiya təminatı sisteminin (vasitələrinin və qurğularının), habelə qoşulma nöqtələrinin tikintisi üçün ərazinin müfəssəl planı üzrə tələb olunan mühəndis-təminatı ilə bağlı tədbirlər həyata keçirilir.

23.7. Qüvvədə olma müddəti müəyyən edilməyən müfəssəl planlar müddətsiz istifadə olunur. 6-cı fəsil Ərazi planlaşdırılması sənədlərinin hazırlanması üzrə icraat

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver