QanunvericilikAzərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi › Maddə 24

Maddə 24. Ərazi planlaşdırılmasının sifarişçiləri və maliyyələşdirilməsi

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

24.1. Ərazi planlaşdırılmasının sifarişçisi qismində müvafiq icra hakimiyyəti orqanı, yaxud müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum və ya bələdiyyə çıxış edir.

24.2. Ərazi planlaşdırılması sənədləri müvafiq icra hakimiyyəti orqanı, yaxud müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum və ya bələdiyyə tərəfindən qəbul edilmiş qərar əsasında hazırlanır. Həmin sənədlərin hazırlanması müvafiq olaraq dövlət və ya bələdiyyə vəsaitləri hesabına maliyyələşdirilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver