42.1. Abadlaşdırma üçün hazırlıq işləri müvafiq icra hakimiyyəti orqanı, yaxud müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum və ya bələdiyyə tərəfindən görülür. Hazırlıq işlərinə aşağıdakılar daxildir:
42.1.1. hazırlıq xarakterli tədqiqatların aparılması;
42.1.2. abadlaşdırılmalı ərazinin müəyyənləşdirilməsi;
42.1.3. abadlaşdırma tədbirlərinin müəyyənləşdirilməsi;
42.1.4. abadlaşdırma tədbirlərinin həcmi və müddətinin müəyyən edilməsi;
42.1.5. nəzərdə tutulan abadlaşdırmanın müzakirəsi;
42.1.6. abadlaşdırma planı.
42.2. Abadlaşdırılmalı ərazi müəyyənləşdirilməzdən əvvəl hazırlıq işləri qismində nizamasalma və tikinti ilə bağlı ayrı-ayrı tədbirlər həyata keçirilir.