43.1. Abadlaşdırma tədbirlərinin həyata keçirilməli olduğu hər hansı ərazi müvafiq icra hakimiyyəti orqanı, yaxud müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum və ya müvafiq bələdiyyə tərəfindən abadlaşdırılmalı ərazi qismində müəyyənləşdirilir. Abadlaşdırılmalı ərazi bu Məcəllənin 39-cu maddəsində nəzərdə tutulan abadlaşdırma tədbirlərinin mümkün qədər daha səmərəli yerinə yetirilməsi baxımından müəyyən edilməlidir. Abadlaşdırılmalı ərazi hüdudlarında abadlaşdırma tədbirlərinin toxunmadığı ayrı-ayrı torpaq sahələri müəyyən edilir.
43.2. Abadlaşdırılmalı ərazinin müəyyənləşdirilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanı, yaxud müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum və ya müvafiq bələdiyyə tərəfindən abadlaşdırma barədə qərar qəbul edilir. Qərarda həmçinin abadlaşdırılmalı ərazinin hüdudları, yerinə yetirilməsi nəzərdə tutulmuş abadlaşdırma tədbirləri, onların həcmi və yerinə yetirilməsi müddəti göstərilməlidir.
43.3. Müvafiq icra hakimiyyəti orqanı, yaxud müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum və ya müvafiq bələdiyyə tərəfindən abadlaşdırılmalı ərazinin müəyyənləşdirilməsini əsaslandıran hesabat hazırlanmalıdır.