QanunvericilikAzərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi › Maddə 44

Maddə 44. Abadlaşdırma barədə qərarın təsdiq və elan edilməsi

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

44.1. Abadlaşdırma barədə qərar müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən təsdiq edilməlidir.

44.2. Abadlaşdırma tədbirlərinin proqnozlaşdırıla bilən müddət ərzində həyata keçirilməsinin mümkün olmayacağını güman etməyə əsas verən halların mövcud olduğu hallarda abadlaşdırma barədə qərarın təsdiqindən imtina olunmalıdır.

44.3. Abadlaşdırma barədə qərar təsdiq edildiyi gündən 10 gün müddətində müvafiq icra hakimiyyəti orqanı, yaxud müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum və ya bələdiyyə tərəfindən elan olunmalıdır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver