54.1. Tikinti materialları və məmulatı tikintinin texniki-iqtisadi əsaslandırılmasına və layihə qərarlarının tələblərinə, tikinti işlərinin təyinatına və xüsusiyyətlərinə uyğun seçilir.
54.2. Tikinti materiallarının və məmulatının uyğunluq sertifikatı olmalıdır. Tikintidə yalnız sertifikatlaşdırılmış və yanğın təhlükəsizliyinə dair qanunvericiliyin tələblərinə uyğun tikinti materiallarından və məmulatından istifadə edilməlidir.
54.3. Tikintinin layihə sənədlərində tikintidə istifadə ediləcək tikinti materiallarının və məmulatının spesifikasiyası (təsnifatı və xarakteristikası) göstərilməlidir.
54.4. Tikinti materiallarının və məmulatının sertifikatlaşdırılmasının mötəbərliyinə, müvafiq standartda, texniki reqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş tələblərə uyğunluğuna əsaslı şübhələr olduğu hallarda, müvafiq icra hakimiyyəti orqanının tələbinə əsasən həmin tikinti materialları və məmulatı nümunələrinin standartlara uyğunluğu bu Məcəllənin 55.2-ci maddəsində nəzərdə tutulmuş laboratoriyalar tərəfindən yoxlanılır. Yoxlama sifarişçinin və ya onun təyin etdiyi texniki nəzarətçinin bilavasitə iştirakı ilə həyata keçirilir. Yoxlamanın nəticələri barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verilir.
54.5. Tikinti materialları və məmulatı nişanlanmadıqda (uyğunluq nişanı ilə işarələnmədikdə) və ya qanunsuz nişanlandıqda (uyğunluq nişanı ilə qanunsuz işarələndikdə), müvafiq icra hakimiyyəti orqanı h Maddə … qda (uyğunluq nişanı ilə işarələnmədikdə) və ya qanunsuz nişanlandıqda (uyğunluq nişanı ilə qanunsuz işarələndikdə), müvafiq icra hakimiyyəti orqanı həmin materiallardan və məmulatdan istifadəni qadağan edir.
54.6. Tikinti materiallarının və məmulatının keyfiyyətinə və təhlükəsizliyinə dair tələblər qanunvericiliklə, beynəlxalq təşkilatların və ya xarici dövlətlərin Azərbaycan Respublikasının ərazisində qüvvədə olan (tanınmış) müvafiq standartları ilə tənzimlənir.