QanunvericilikAzərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi › Maddə 55

Maddə 55. Tikinti materiallarının və məmulatının standartlara uyğunluğunun yoxlanılması qaydaları və xərcləri

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

55.1. Tikinti materiallarının və məmulatının standartlara uyğunluğunun yoxlanılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

55.2. Tikinti materiallarının və məmulatının sertifikatlaşdırılmasını həyata keçirən müəssisələrin laboratoriyaları, habelə sınaq laboratoriyaları “ Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında ” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada akkreditasiya olunmalıdır.

55.3. Bu Məcəllənin 54.2-ci maddəsinə müvafiq olaraq tikinti materiallarının və məmulatının standartlara uyğunluğu əsaslı şübhələr olduğu hallarda yoxlanılır. Bununla bağlı xərclər “ Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında ” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ödənilir..

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver