QanunvericilikAzərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi › Maddə 85

Maddə 85. Tikinti meydançası

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

85.1. Tikinti meydançasının təşkilində məqsəd tikinti işlərinin təhlükəsizlik tələblərinə, eləcə də şəhərsalma və tikintiyə dair normativ sənədlərlə müəyyən olunmuş digər tələblərə uyğun aparılmasını təmin etməkdən ibarətdir.

85.2. Tikinti meydançasının sərhədləri tikinti layihələri əsasında müəyyənləşdirilir.

85.3. Tikinti zamanı üçüncü şəxslərə ziyan vurulmasının qarşısını almaq məqsədilə tikinti meydançası tikinti işlərinə başlamazdan əvvəl hasara alınmalı (reklam qurğularının tikintisi zamanı istisna olmaqla) və müvafiq xəbərdarlıq nişanları quraşdırılmalıdır. Hasarlar tikinti işlərinin aparılması zamanı tikinti materiallarının və məmulatının tikinti meydançasından kənara düşməsinin qarşısını ala bilməli və işıqlandırılmalıdır.

85.4. Tikintiyə icazədə tikinti ərazisində olan ağacların, kolların və digər yaşıllıqların mühafizəsi tədbirləri nəzərdə tutulmalıdır. Tikinti layihələrinin icrası nəticəsində götürülən yaşıllıqların miqdarı, növ tərkibi və bərpa dəyəri haqqında məlumatlar tikinti layihəsinin ekologiya bölməsinə daxil edilir.

85.5. Tikinti meydançasına bitişik ərazilərin və küçələrin çirklənməsinin qarşısı alınmalı və təmizliyə riayət edilməlidir.

85.6. Tikinti ərazisində yerləşən yeraltı mühəndis-kommunikasiya xətlərinin və konstruksiyaların mühafizəsi təmin olunmalıdır. Tikinti meydançasında hazırlıq işləri aparılarkən mövcud mühəndis-kommunikasiya xətləri və qurğuları bu Məcəllə ilə və şəhərsalma və tikintiyə dair normativ Maddə … meydançasında hazırlıq işləri aparılarkən mövcud mühəndis-kommunikasiya xətləri və qurğuları bu Məcəllə ilə və şəhərsalma və tikintiyə dair normativ sənədlərlə müəyyən edilmiş qaydada sökülür və ya ərazidən köçürülür.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver