86.1. Tikinti işlərinə (reklam qurğularının tikintisi istisna olmaqla) başlamazdan əvvəl tikinti ərazisinin görünən hissəsində məlumat lövhəsinin yerləşdirilməsi sifarişçi tərəfindən təmin edilməlidir. Məlumat lövhəsində aşağıdakılar nəzərdə tutulur:
86.1.1. tikintiyə icazə vermiş müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum haqqında məlumat;
86.1.2. obyektin təyinatı, sifarişçisi, layihəçisi və podratçısı haqqında məlumat;
86.1.3. tikintiyə başlanılması və tikintinin başa çatması ilə bağlı müddətlər haqqında məlumat;
86.1.4. obyektin mərtəbə sayı, qabariti və görünüşü;
86.1.5. tikintiyə icazənin, habelə bu Məcəllənin 75.11-ci maddəsinə uyğun olaraq xüsusi nişan verildiyi halda həmin nişanın surəti.
86.2. Bu Məcəllənin 86.1-ci maddəsində nəzərdə tutulmuş məlumat lövhələri reklam qurğuları və reklam hesab olunmur.
86.3. Xüsusi nişan və tikintiyə icazə verən müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum ilə bağlı tələblər istisna olmaqla, bu Məcəllənin 86.1-ci maddəsinin tələbləri məlumatlandırma icraatı qaydasında tikilən obyektlərə də şamil olunur. Həmin obyektlərlə bağlı məlumat lövhəsində tikintiyə icazə verən orqanın (qurumun) əvəzinə tikinti barədə məlumatlandırılan orqanın (qurumun) adı göstərilir.
86.4. Tikinti işləri (reklam qurğularının tikintisi istisna olmaqla) başlandıqda tikintiyə icazə və tikinti Maddə … ndırılan orqanın (qurumun) adı göstərilir.
86.4. Tikinti işləri (reklam qurğularının tikintisi istisna olmaqla) başlandıqda tikintiyə icazə və tikinti ilə bağlı sənədlər, məlumatlandırma icraatı qaydasında tikilən obyektlərdə isə yalnız tikinti ilə bağlı sənədlər tikinti ərazisində qapalı yerdə saxlanılmalıdır.
86.5. Tikinti işlərinə başlamazdan əvvəl meydançadaxili və meydançadankənar əlavə təhlükəsizlik tədbirləri yerinə yetirilməlidir.
86.6. Tikintiyə icazədə nəzərdə tutulmuş şərtlər, göstərişlər və əlavə müddəalar tikinti işlərinə başlamazdan əvvəl yerinə yetirilməlidir. 15-ci fəsil Tikinti layihələrinin ekspertizası