92-
2.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ərazi planlaşdırılması sənədlərinin tələblərinin təmin edilməsi ilə bağlı (reklam qurğularının tikintisinə münasibətdə istisna olmaqla) aşağıdakı pozuntu hallarını aşkar etdikdə hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edir və onların aradan qaldırılması barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) icrası məcburi olan yazılı göstəriş təqdim edir: 92-
2.1.1. səyyar araşdırma zamanı tikintiyə icazə icraatı başa çatmamış tikinti obyektinin tikinti layihəsinin və ya məlumatlandırma icraatı zamanı barəsində belə icraat nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş plan bölmələrinin müvafiq ərazini əhatə edən müfəssəl planın tələblərinə, müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumumatlandırma icraatı məqsədləri üçün onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğun olmadığı müəyyən edildikdə; 92-
2.1.2. səyyar araşdırma zamanı tikintiyə icazə icraatı başa çatmamış tikinti obyektinin tikinti layihəsinin və ya məlumatlandırma icraatı zamanı barəsində belə icraat nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin Maddə 92-2. … ti obyektinin tikinti layihəsinin və ya məlumatlandırma icraatı zamanı barəsində belə icraat nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş plan bölmələrinin ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydaların tələblərinə uyğun olmadığı müəyyən edildikdə və ya yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğunun müəyyənləşdirilməsi qaydalarının tələblərinin təmin olunmaması aşkar edildikdə; 92-
2.1.3. bu Məcəllənin 75.5.1-ci maddəsinin tələblərinə əməl edilmədən tikinti obyektlərinin tikintisinə icazə verilməsi aşkar edildikdə; 92-
2.1.4. aşkar edilmiş özbaşına tikililərin qarşısının alınması məqsədi ilə tədbirlərin görülməməsi müəyyən edildikdə; 92-
2.2. Bu Məcəllənin 92-2.1-ci maddəsində nəzərdə tutulmuş yazılı göstərişdə hər bir pozuntu ayrıca təsvir olunur və həmin pozuntunun müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aradan qaldırılması üçün ağlabatan müddət müəyyən edilir. 92-
2.3. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu Məcəllənin 92-2.1.1 – 92-2.1.4-cü maddələrinə əsasən ona təqdim edilmiş yazılı göstərişə uyğun olaraq pozuntuların aradan qaldırıldığı barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verdiyi, belə məlumatın verilmədiyi hallarda isə, həmin yazılı göstərişdə pozuntuların aradan qaldırılması üçün müəyyən edilmiş müddətin başa çatdığı g Maddə 92-2. … erdiyi, belə məlumatın verilmədiyi hallarda isə, həmin yazılı göstərişdə pozuntuların aradan qaldırılması üçün müəyyən edilmiş müddətin başa çatdığı gündən ən geci 3 iş günü ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) pozuntuların aradan qaldırılıb-qaldırılmadığını yoxlayır. Yoxlama nəticəsində pozuntuların aradan qaldırılmadığı və ya tam aradan qaldırılmadığı müəyyən edildikdə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) icrası yoxlanılmış yazılı göstərişin icra olunmayan hissəsində yenidən yazılı göstəriş təqdim edir. 92-
2.4. Yazılı göstəriş maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər.