QanunvericilikAzərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi › Maddə 93

Maddə 93. Mədəni irs obyektlərinin əlamətləri aşkar edildikdə tikinti işlərinin dayandırılması

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

93.1. Tikinti zamanı mədəni irs obyektlərinin əlamətləri aşkar edildikdə tikinti işləri dərhal dayandırılır və bu barədə müvafiq icra hakimiyyəti orqanına (reklam qurğularının tikintisi zamanı isə müvafiq icra hakimiyyəti orqanına və müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma ) məlumat verilir. Tikinti işlərinin davam etdirilməsi və zəruri tədbirlərin görülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir. 93.1-1. Şuşa şəhərinin ərazisində tikinti işləri aparılarkən aşkar edilən mədəni irs obyektlərinin qorunması “ Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında ” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

93.2. Bu Məcəllənin 93.1-ci maddəsinin tələblərinə əməl etməyən şəxslər qanuna uyğun olaraq məsuliyyət daşıyırlar.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver