QanunvericilikAzərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi › Maddə 94

Maddə 94. Tikintisi başa çatmamış obyektin konservasiyası haqqında qərarın qəbul edilməsi

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

94.1. Dövlət və ya bələdiyyə vəsaiti hesabına maliyyələşdirilən obyektlərin tikintisi 3 aydan artıq müddətə dayandırıldıqda, tikintisi başa çatmamış obyektlərin konstruksiyalarının və tikinti ərazisinin mühafizəsi məqsədilə sifarişçi tərəfindən konservasiya tədbirləri həyata keçirilməlidir.

94.2. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş halda dövlət və ya bələdiyyə vəsaiti hesabına maliyyələşdirilən obyektin konservasiyası haqqında qərar tikintiyə dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir.

94.3. Tikintisi başa çatmamış obyektin konservasiyası haqqında qərarın surəti tikintiyə icazə vermiş müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma göndərilir.

94.4. Konservasiya haqqında qərarda tikinti işlərinin dayandırıldığı tarix, konservasiya sənədlərinin hazırlanması və konservasiyanın həyata keçirilməsi müddəti, tikinti obyektinin və tikinti ərazisinin mühafizəsi üzrə tədbirlər nəzərdə tutulur.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver