Hər bir şəxs seleksiya nailiyyətinə məcburi lisenziya verilməsi barədə səlahiyyətli orqana müraciət edə bilər.
Səlahiyyətli orqan məcburi lisenziyanı aşağıdakı hallarda verə bilər:
məcburi lisenziyanan verilməsi haqqında ərizə patent verilən tarixdən üç il keçdikdən sonra daxil olduqda;
patent sahibi həmin şəxsin seleksiya nailiyyətindən istifadə etməsinə icazə vermədikdə və yaxud əlverişli şərtlərlə belə hüquqlar verməyə hazır olmadıqda;
məcburi lisenziya almaq istəyən şəxs sübut etdikdə ki, o, maliyyə və digər münasibətlərdə patent sahibinin hüquqlarından bacarıqla və səmərəli istifadə etməyə qadirdir.
Məcburi lisenziyada patent sahibinin seleksiya nailiyyətinin patentindən irəli gələn bütün hüquqları, o cümlədən lisenziyanı başqa şəxslərə vermək hüququ saxlanılır.
Məcburi lisenziya verilərkən lisenziat səlahiyyətli orqanın müəyyənləşdirdiyi haqqı patent sahibinə ödəməyə borcludur.
Səlahiyyətli orqanın tələbi ilə patent sahibi məcburi lisenziyanı alana münasib şərtlər və qiymətlərə kifayət miqdarda bitki materialı və damazlıq ehtiyatı verməyə borcludur.
Məcburi lisenziyanın fəaliyyət müddəti dörd ilə qədər müəyyənləşdirilir.
Məcburi lisenziyanın fəaliyyət müdəti artırıla bilər.
Məcburi lisenziyanın sahibi qoyulmuş şərtləri pozduqda lisenziya ləğv edilir.