Patent sahibi səlahiyyətli orqanın rəsmi bülletenində seleksiya nailiyyətinin istifadəyə verilməsi barədə bəyanat dərc edə bilər. Patent sahibi ilə lisenziya müqaviləsi bağlayan hər bir şəxs açıq lisenziyadan istifadə etmək barədə səlahiyyətli orqana rəsmi müraciət edir.
Səlahiyyətli orqan seleksiya nailiyyətinin istifadəsinə görə ödənilən haqqın miqdarını göstərməklə açıq lisenziyanın verilməsi barədə Reyestrdə müvafiq qeydiyyatlar aparır.