Qanunvericilik › Seleksiya nailiyyətləri haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 27

Maddə 27. Rüsumlar

Seleksiya nailiyyətləri haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Səlahiyyətli orqan aşağıdakı xidmətlərə görə rüsumlar alır:

patentləşmə üçün sifariş verilmiş seleksiya nailiyyətlərinin ekspertizasına və sınağına;

seleksiya nailiyyətinin mühafizə olunmasına;

patent verilməsinə;

patentin qüvvədə saxlanılmasına.

Rüsumlar sifarişçi, patent sahibi və bu işlərin aparılmasında maraqlı olan fiziki və hüquqi şəxslər tərəfindən ödənilir.

Rüsumların miqdarı, ödənilmə müddəti, habelə bu sahədə tətbiq olunan güzəştlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir.

VI fəsil

Seleksİya İşİnə dövlət hİmayəsİ

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver