Qanunvericilik › Seleksiya nailiyyətləri haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 28

Maddə 28. Patent sahibinin gəliri və müəlliflərin mükafatlandırılması

Seleksiya nailiyyətləri haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Patent sahibinin gəliri seleksiya nailiyyətlərinin istehsalatda istifadəsindən və lisenziyaların satılmasından daxil olan ödəmələr hesabına formalaşır. Seleksiya nailiyyətinin istifadəsi və lisenziyaların satışına görə ödənilən haqqın miqdarı tərəflər arasında bağlanmış lisenziya müqavilələri ilə müəyyən edilir.

Seleksiya nailiyyətinin müəllifi patentin qüvvədə olduğu müddətdə seleksiya nailiyyətinin istifadəsinə görə patent sahibindən mükafat almaq hüququna malikdir. Mükafatın miqdarı lisenziyaların satılmasından daxil olan gəlir də əlavə olunmaqla, patent sahibinin seleksiya nailiyyətinin istifadəsinə görə əldə etdiyi illik gəlirin on beş faizindən az olmamaq şərti ilə tərəflər arasında bağlanmış müqaviləyə əsasən müəyyən olunur.

Seleksiya nailiyyəti bir neçə müəllif tərəfindən yaradılarsa, mükafat onların nailiyyətin yaranmasında iştirak etdikləri pay nisbətlərinə görə bölünür.

Mükafat müəlliflərə seleksiya nailiyyətinin istifadə olunduğu hər ilin sonunda üç aydan gec olmayaraq verilir.

Sort müəllifinə və patent sahibinə toxumdan istifadəyə görə müvafiq olaraq mükafatın və haqqın ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanın tərəfindən müəyyən edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver