Qanunvericilik › Sərhəd mühafizə orqanlarıı haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 30

Maddə 30. Sərhəd mühafizə orqanlarının əməkdaşlarının mükafatlandırılması

Sərhəd mühafizə orqanlarıı haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Xidməti vəzifələrinin nümunəvi icrasına, uzunmüddətli qüsursuz fəaliyyətinə və digər xidmətlərinə görə sərhəd mühafizə orqanlarının əməkdaşları “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi ilə müəyyən edilmiş qaydada mükafatlandırıla bilərlər.

Bu maddənin birinci hissəsində göstərilənlərdən əlavə sərhəd mühafizə orqanlarının hərbi qulluqçuları mükafatlandırılma qaydasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsis edilmiş döş nişanları ilə də təltif edilə bilərlər. Sərhəd mühafizə orqanlarının hərbi qulluqçularına bu maddəyə əsasən verilən döş nişanları haqqında Əsasnamə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver