Sərhəd mühafizə orqanları öz təhlükəsizliyini təşkilati, rejim, texniki və digər tədbirləri həyata keçirmək Yolu ilə təmin edir. Sərhəd mühafizə orqanlarının əməliyyat orqanları öz təhlükəsizliyini, habelə əməliyyat-axtarış tədbirlərini həyata keçirmək yolu ilə təmin edir.
Sərhəd mühafizə orqanlarında hərbi xidmətə daxil olan və fəaliyyətinin xüsusiyyətinə görə dövlət sirri təşkil edən məlumatla işləmək üçün buraxılmalı olan şəxslər bu məlumatı yaymamaq barədə öhdəlik qəbul etməlidirlər. Öhdəliyin pozulması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
Sərhəd mühafizə orqanları öz fəaliyyəti barədə ictimaiyyətə məlumat vermək üçün bu məqsədlə onun strukturunda yaradılmış müvafiq xidmət orqanları vasitəsi ilə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi digər qaydada ictimai təşkilatlarla, media subyektləri ilə qarşılıqlı əlaqə yaradır.
Sərhəd mühafizə orqanlarının Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məxfilikdən çıxarılan tarixi və elmi əhəmiyyətli materialları Azərbaycan Respublikasının dövlət arxivinə verilir.