Qanunvericilik › Sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 103

Maddə 103. Mərkəzi Bankın sanksiyaları

Sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

103.1. Mərkəzi Bank bu Qanunda və inzibati qanunvericilikdə nəzərdə tutulmuş qaydada və əsaslarla aşağıdakı sanksiyaları tətbiq edir:

103.1.1. sığortaçını, sığorta vasitəçisini, həmçinin onların rəhbər işçilərini, aktuariləri və müstəqil ekspertləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək;

103.1.2. lisenziyanın qüvvəsini məhdudlaşdırmaq;

103.1.3. lisenziyanın qüvvəsini dayandırmaq;

103.1.4. lisenziyanı ləğv etmək.

103.2. Bu Qanunun 103.1.2-ci maddəsi təkrarsığortaçılara və sığorta vasitəçilərinə şamil edilmir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver