104.1. Təqdimatlar və sanksiyaların tətbiqi haqqında qərarların surəti müvafiq olaraq sığortaçının İdarə Heyətinin sədrinə, sığorta vasitəçisinin və müstəqil ekspertin icra orqanının rəhbərinə, fiziki şəxs olan müstəqil ekspertə və sığorta vasitəçisinə çatdırılması təsdiq olunan qaydada göndərilməlidir. Sığortaçıya verilən təqdimatın surəti və (və ya) tətbiq olunan sanksiya barədə məlumat sığortaçının Direktorlar Şurasının sədrinə də göndərilir.
104.2. Təqdimatlar və sanksiyalar haqqında qərarlar sığortaçının, müstəqil ekspertin və ya sığorta vasitəçisinin ünvanına çatdırılması təsdiq edilən qaydada daxil olduğu andan qüvvəyə minir.