Qanunvericilik › Sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 110

Maddə 110. Lisenziyanın qüvvəsi məhdudlaşdırıldıqda, dayandırıldıqda və ya lisenziya ləğv edildikdə sığortaçının vəzifələri

Sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

110.1. Lisenziyasının qüvvəsi məhdudlaşdırılan və ya dayandırılan sığortaçı aşağıdakı tələblərə əməl etməlidir:

110.1.1. qanunla müəyyən olunmuş vəzifələrini yerinə yetirmək, o cümlədən sığorta ödənişlərinin vaxtında verilməsi məqsədilə sığortaçının səlahiyyətli nümayəndələrinin və müvafiq mütəxəssislərinin iş günlərində ofis binasında olmasını təmin etmək;

110.1.2. öhdəliklərini yerinə yetirmək üçün sığortaçının maliyyə sabitliyinin və ödəmə qabiliyyətinin müvafiq səviyyəsini saxlamaq və ya təmin etməyə səy göstərmək;

110.1.3. sığorta və ya təkrarsığorta müqavilələrinin müddəti bitənədək müvafiq hesabatları və məlumatları bu Qanunun 78-ci maddəsində müəyyən olunmuş qaydada və müddətlərdə Mərkəzi Banka təqdim etmək;

110.1.4. fəaliyyətinin digər səlahiyyətli dövlət orqanları tərəfindən yoxlanılmasının nəticələri barədə Mərkəzi Banka yazılı məlumat vermək;

110.1.5. qanundan irəli gələn digər vəzifə və öhdəlikləri yerinə yetirmək.

110.2. Bu Qanunun 110.1.1-ci maddəsində göstərilən tələbə həmçinin ləğv edilmə prosesində olan sığortaçı da əməl etməlidir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver