Qanunvericilik › Sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 111

Maddə 111. Sığorta növü üzrə fəaliyyətin və ya lisenziyanın qüvvəsinin bərpa edilməsi

Sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

111.1. Sığortaçının lisenziyasının qüvvəsinin məhdudlaşdırılmasına, yaxud sığortaçının və ya sığorta vasitəçisinin lisenziyasının qüvvəsinin dayandırılmasına əsas verən halların aradan qaldırılması üçün müəyyən edilən vaxt, habelə müvafiq hallarda lisenziyanın qüvvəsinin məhdudlaşdırılmasının son müddəti başa çatdıqdan sonra 10 iş günü ərzində Mərkəzi Bank sığorta növü (növləri) üzrə fəaliyyətin, yaxud lisenziyanın qüvvəsinin bərpa edilməsi haqqında qərar qəbul edir.

111.2. Mərkəzi Bank sığorta növü (növləri) üzrə fəaliyyətin bərpa edilməsi haqqında qərarı barədə 3 iş günü müddətində sığortaçıya, lisenziyanın qüvvəsinin bərpa edilməsi haqqında qərar barədə isə, 5 iş günü müddətində lisenziya sahibinə məlumat göndərir.

111.3. Mərkəzi Bankın lisenziyanın qüvvəsinin, yaxud sığorta növü (növləri) üzrə fəaliyyətin bərpa edilməsi haqqında qərarı müvafiq məlumat lisenziya sahibinə çatdırılması təsdiq olunan qaydada təqdim edildiyi andan qüvvəyə minir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver