Qanunvericilik › Sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 118

Maddə 118. Sığortaçının iflası və müflis elan edilməsinin xüsusiyyətləri

Sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

118.1. Sığortaçının iflas proseduruna aşağıdakı hallardan biri mövcud olduqda başlanır:

118.1.1. sığortaçı sığorta və ya təkrarsığorta müqavilələri üzrə öhdəliklərini vaxtında və (və ya) tam yerinə yetirməyə qadir olmadıqda;

118.1.2. sığortaçının məcmu kapitalı onun tələb olunan kapitalının 30 faizindən az olduqda;

118.1.3. ləğvetmə prosesində olan sığortaçı kreditorlar qarşısında öhdəliklərini yerinə yetirə bilmədikdə.

118.2. Məhkəmə sığortaçının iflası proseduruna başlanmasına dair iddia ərizəsinə yalnız bu maddədə göstərilən əsasları təsdiq edən sənədlər mövcud olduqda baxır. Sığortaçının iflası haqqında iddia ərizəsi Mərkəzi Bank tərəfindən verildikdə ona verilmiş lisenziyanın ləğvi haqqında müvafiq qərarın surəti həmin ərizəyə əlavə edilməlidir.

118.3. Sığortaçı Mərkəzi Bankın rəyi nəzərə alınmaqla, məhkəmənin qərarı əsasında müflis elan edilə bilər.

118.4. Sığortaçının əmlakının açıq hərrac yolu ilə satılması sığortaçının müflis elan olunması haqqında məhkəmə qərarının qanuni qüvvəyə minməsi tarixindən 30 gündən gec olmayaraq keçirilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver