Qanunvericilik › Sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 12

Maddə 12. İnhisarın qadağan olunması

Sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

12.1. Sığortaçıların və sığorta brokerlərinin sığorta xidmətlərinin inhisara alınmasına və sığorta bazarında rəqabətin məhdudlaşdırılmasına yönələn sazişlər bağlaması, həmçinin bunlara səbəb ola bilən əməliyyatlar aparması qadağandır.

12.2. Sığorta bazarında inhisara qarşı müəyyən edilən qaydaların yerinə yetirilməsinə və tədbirlərin həyata keçirilməsinə nəzarət Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinə uyğun olaraq həyata keçirilir.

12.3. Dövlət orqanlarının, onların struktur bölmələrinin, tabeliyində olan təşkilatların, yerlərdə olan bölmələrinin inzibati binalarında və ərazilərində sığortaçıların filial və nümayəndəliklərinin, habelə sığorta vasitəçilərinin fəaliyyət göstərməsi, o cümlədən sığorta müqavilələrinin bağlanması qadağandır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver