17-1.1. Sığortaçı sığorta müqavilələrini yalnız aşağıdakı imkanlar mövcud olduqda elektron sənəd formasında bağlaya bilər:
17-1.1.1. sığorta etdirən şəxs sığorta müqaviləsini bağlamazdan əvvəl sığorta qaydalarının elektron versiyası ilə, o cümlədən bu qaydalarla təminat verilən risklərin birini və ya bir neçəsini elektron qaydada seçməklə təklif olunan sığorta şərtləri (sığorta haqqı, sığorta məbləği, azadolma məbləği, güzəştlər) ilə tanış olmaq və onu çap etdirmək imkanına malik olmalıdır;
17-1.1.2. sığorta müqaviləsini bağladıqdan sonra, sığortalı həmin müqavilənin qüvvədə olduğu və bu Qanunun 123.2-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində istənilən vaxt onun elektron versiyasına çıxış imkanına, eyni zamanda onu çap etdirmək və müvafiq elektron poçt ünvanına yönləndirmək imkanına malik olmalıdır.
17-1.2. Sığortaçının rəsmi internet səhifəsində bu Qanunun 17—1.1-ci maddəsində nəzərdə tutulan imkanlar mövcud olmadıqda, Mərkəzi Bank sığorta müqavilələrinin elektron sənəd formasında bağlanmasının dayandırılması barədə əsaslandırılmış təqdimatı həmin sığortaçıya verir.