Qanunvericilik › Sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 19

Maddə 19. Sığortaçının təsisçisinə və ya səhmdarına dair tələblər

Sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

19.1. Fiziki şəxs sığortaçının təsisçisi və ya səhmdarı olmaq üçün aşağıdakı tələblərə cavab verməlidir:

19.1.1. müvafiq səhmləri almaq üçün kifayət qədər maliyyə vəsaitinin olması;

19.1.2. mühüm iştirak payını və ya əhəmiyyətli nəzarəti əldə etmək niyyətində olduqda - məqbul və lazımi keyfiyyətlərə malik olması.

19.2. Hüquqi şəxs sığortaçının təsisçisi və ya səhmdarı olmaq üçün aşağıdakı tələblərə cavab verməlidir:

19.2.1. qanunla tələb olunduğu halda fəaliyyət göstərdiyi sahə üzrə maliyyə sabitliyi normativlərinə uyğunluğu;

19.2.2. mühüm iştirak payını və ya əhəmiyyətli nəzarəti əldə etmək niyyətində olduqda - yerli hüquqi şəxslərin icra orqanının rəhbər işçilərinin məqbul və lazımi keyfiyyətlərə malik olması, xarici hüquqi şəxslərin isə beynəlxalq reytinq təşkilatları tərəfindən verilmiş və Azərbaycan Respublikasının müvafiq kredit reytinqindən aşağı olmayan reytinqə, habelə icra orqanının rəhbər işçilərinin məqbul və lazımi keyfiyyətlərə malik olması.

19.4. Sığortaçının benefisiar mülkiyyətçisi məqbul və lazımi keyfiyyətlərə malik olmalıdır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver