20.1. Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün sığortaçıların nizamnamə kapitallarının ümumi məbləğində xarici kapital payının son həddi və bu payın hesablanması qaydaları Mərkəzi Bank tərəfindən müəyyən edilir.
20.2. Xarici sığortaçının Azərbaycan Respublikasının ərazisində filial açması qadağandır.
20.1-1. Sığortaçının nizamnamə kapitalında bir xarici fiziki şəxsin payı səhmlərin 10 faizindən, xarici fiziki şəxslərə məxsus payların ümumi həcmi 30 faizindən çox ola bilməz.
20.1-2. Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq maliyyə təşkilatları, xarici sığortaçılar, həmçinin xarici institusional investorlar (bank və kredit təşkilatları, pensiya fondları, investisiya fondları) istisna olmaqla, digər xarici hüquqi şəxslərin sığortaçının nizamnamə kapitalındakı ümumi payı səhmlərin 50 faizindən az olmalıdır.