25.1. Sığortaçılarda korporativ idarəetmə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq, həmçinin bu Qanunda müəyyən olunmuş əlavə tələblər nəzərə alınmaqla formalaşdırılır və həyata keçirilir.
25.2. Sığortaçı aşağıdakı orqanlar tərəfindən idarə olunur:
25.2.1. ali idarəetmə orqanı olan Səhmdarların Ümumi Yığıncağı;
25.2.2. ümumi rəhbərliyi və sığortaçının fəaliyyəti üzərində nəzarəti həyata keçirən Direktorlar Şurası;
25.2.3. icra orqanı olan İdarə Heyəti;
25.2.4. daxili audit siyasətinin və strategiyasının hazırlanmasını, həyata keçirilməsini və auditor nəzarətini təşkil edən Audit Komitəsi.
25.3. Sığortaçılar Mərkəzi Bankın müəyyən etdiyi korporativ idarəetmə standartlarına riayət etməlidirlər.