24.1. Şəxs sığortaçıda mühüm iştirak payını və ya bu Qanunun 21.1-1-ci maddəsində göstərilən iştirak paylarını bu Qanunun tələblərini pozmaqla əldə edərsə, onun bu yolla malik olduğu səhmlər üzrə səs hüququ Səhmdarların Ümumi Yığıncağının iclaslarında nəzərə alınmır.
24.2. Səhmdarların Ümumi Yığıncağının bu Qanunun 24.1-ci maddəsi ilə qadağan olunan səs hüququ nəzərə alınmaqla qəbul etdiyi hər hansı qərar hüquqi qüvvəyə malik deyil və qəbul edildiyi andan etibarsızdır.