Qanunvericilik › Sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 27

Maddə 27. Sığortaçının Səhmdarlarının Ümumi Yığıncağının iclasları

Sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

27.1. Sığortaçının Səhmdarlarının Ümumi Yığıncağının iclaslarında səhmdarların səsvermədə iştirakının və qərar qəbul edilməsi qaydasının Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulan hallarından başqa, Direktorlar Şurası və İdarə Heyəti üzvlərinin vəzifəyə seçilməsi və vəzifədən azad edilməsi, başqa sığortaçının səhmlərinin alınması, törəmə cəmiyyətlərin təsis edilməsi məsələləri üzrə qərarlar iclasda təmsil edilən səhmdarların üçdə iki səs çoxluğu ilə qəbul edilir.

27.2. Səhmdarların Ümumi Yığıncağının növbəti iclasları Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada çağırılmalıdır.

27.3. Səhmdarların Ümumi Yığıncağının növbədənkənar iclasları Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada və müddətdə səhmlərin ən azı on faizinə malik olan səhmdarların, İdarə Heyətinin və Audit Komitəsinin tələbi ilə Direktorlar Şurası tərəfindən çağırılır.

27.4. Səsvermə hüququna malik olan səhmdarların yekdil razılığı ilə Səhmdarlarının Ümumi Yığıncağının iclası gündəliyə daxil edilməmiş məsələləri də müzakirə edə və onlara dair qərarlar qəbul edə bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver