35.1. Daxili audit xidməti İdarə Heyəti ilə birlikdə sığortaçının daxili nəzarət və risklərin idarə edilməsi sistemlərinin fəaliyyətinə nəzarəti həyata keçirir. Daxili audit xidməti Audit Komitəsinin nəzarəti altında fəaliyyət göstərir.
35.2. Daxili audit xidmətinin rəhbəri Audit Komitəsinin təqdimatı ilə Direktorlar Şurası tərəfindən vəzifəyə təyin və vəzifədən azad olunur.
35.3. Sığortaçılarda daxili auditin aparılması qaydaları Mərkəzi Bank tərəfindən müəyyən edilir.