Qanunvericilik › Sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 34

Maddə 34. Sığortaçının Audit Komitəsinin vəzifələri

Sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

34.1. Sığortaçının Audit Komitəsinin vəzifələri aşağıdakılardır:

34.1.1. sığortaçının maliyyə vəziyyətinə mənfi təsir göstərmək ehtimalı olan əməliyyatlara və ya şəraitə nəzarət etmək;

34.1.2. illik maliyyə nəticələrini müzakirə etmək üçün müstəqil auditorla görüşlər keçirmək;

34.1.3. sığortaçının rəhbər işçilərinin müstəqil auditorla birgə işini təşkil etmək, müstəqil auditorun aşkarladığı çatışmazlıqların aradan qaldırılması və tövsiyələrinin tətbiqi üçün tədbirlər görmək;

34.1.4. sığortaçının idarəetmə orqanlarının müstəqil auditorlarla, səlahiyyətli dövlət orqanları, o cümlədən Mərkəzi Bankla əməkdaşlığını təmin etmək;

34.1.5. sığortaçının daxili nəzarət sisteminin səmərəliliyini İdarə Heyəti ilə müzakirə etmək;

34.1.6. sığortaçının maliyyə hesabatlarına, o cümlədən illik balansına baxmaq, müvafiq irad və tövsiyələrini Direktorlar Şurasına bildirmək;

34.1.7. Direktorlar Şurasının təqdimatı əsasında aidiyyəti şəxslərlə bağlanmasına bu Qanunla icazə verilən əqdlərə rəsmiləşdirilməzdən əvvəl baxmaq və əqdin bu Qanunun tələblərinə və sığortaçının maraqlarına uyğunluğu barədə rəy bildirmək.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver