Qanunvericilik › Sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 41

Maddə 41. Sığortaçının işçilərinin vəzifələri

Sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

41.1. Sığortaçının işçiləri, o cümlədən rəhbər işçiləri qanuna, sığortaçının nizamnaməsinə və daxili sənədlərinə, əmək müqaviləsinin şərtlərinə riayət etməli, funksiyalarının icrası zamanı sığortaçının mənafelərinin yüksək səviyyədə təmsil olunması üçün çalışmalı, müvafiq şəraitdə mümkün olan qayğı, çalışqanlıq və bacarıqla hərəkət etməlidirlər.

41.2. Sığortaçının daxili sənədlərinin, həmçinin hər hansı müqavilənin müddəaları sığortaçının rəhbər və digər işçilərini qanunla müəyyən olunmuş məsuliyyətdən azad etmir.

41.3. Rəhbər və digər işçilər öz funksiyalarını bu Qanunun 41.1-ci maddəsinin tələblərinə müvafiq olaraq yerinə yetirdikdə onların hər hansı məsuliyyətə cəlb edilməsi ilə, o cümlədən hüquqlarının müdafiəsi ilə bağlı xərclərinin əvəzi sığortaçı tərəfindən ödənilə bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver