42.1. Səhmdarların Ümumi Yığıncağının aşağıda göstərilən şəxslər barədə qərar qəbul edilmiş hər iclasından sonra sığortaçı 10 iş günü ərzində Mərkəzi Banka aşağıdakı məlumatları təqdim etməlidir:
42.1.1. sığortaçının Direktorlar Şurasının və İdarə Heyətinin üzvlərinin:
42.1.1.1. adı, soyadı, atasının adı, yaşadığı yer və poçt ünvanı;
42.1.1.2. iş təcrübəsi və ixtisas keyfiyyətləri;
42.1.1.3. digər hüquqi şəxsin idarəetmə orqanının üzvü olub olmaması barədə məlumat;
42.1.1.4. səlahiyyət müddətinin başa çatma tarixi;
42.1.2. sığortaçının müstəqil auditorunun:
42.1.2.1. fiziki şəxs olduqda — adı, soyadı, atasının adı, yaşadığı yer, hüquqi şəxs olduqda — adı və olduğu yer.
42.1.2.2. təyin olunma tarixi;
42.1.2.3. fiziki şəxs olduqda — iş təcrübəsi və ixtisas keyfiyyətləri.