5.1. Sığorta bazarı sığorta bazarının peşəkar və digər iştirakçılarından ibarətdir.
5.2. Sığortaçılar, təkrarsığortaçılar, sığorta vasitəçiləri, aktuarilər, müstəqil auditorlar, müstəqil ekspertlərvə sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxslər sığorta bazarının peşəkar iştirakçılarıdır.
5.3. Sığortalılar, sığorta olunanlar və faydalanan şəxslər sığorta bazarının digər iştirakçılarıdır.