Qanunvericilik › Sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 52

Maddə 52. Sığorta və ya təkrarsığorta fəaliyyətinə lisenziya verməkdən imtina edilməsinin əsasları

Sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

52.1. Mərkəzi Bank sığorta və ya təkrarsığorta fəaliyyətinə lisenziya verməkdən aşağıdakı hallarda imtina edir:

52.1.1. bu Qanunun 50.1-ci maddəsində nəzərdə tutulmuş sənədlər tam həcmdə təqdim edilmədikdə (bu Qanunun 50.1-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla) və ya onlarda bu Qanunun tələblərinə uyğunsuzluqlar aşkar olunduqda, habelə sənədlərdəki məlumatlar 51.2-ci maddəyə uyğun olaraq tələb olunan qaydada tamamlanmadıqda və ya düzəldilmədikdə;

52.1.2. bu Qanunun və rəhbər işçilərlə bağlı 37-ci və 39-cu maddələrinin tələblərinə uyğunsuzluqlar aşkar olunduqda;

52.1.3. bu Qanunun 45.3-cü maddəsində müəyyən edilmiş müddət ərzində bu Qanunun 46.1-ci maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin yaranması aşkar edildikdə;

52.1.4. Mərkəzi Banka bu Qanunun 51.2-ci maddəsinə uyğun olaraq verilmiş tələbdən sonra da lisenziya verilməsi üçün təqdim edilmiş sənədlərdə yanlış məlumatlar təqdim edilməsi aşkar və şübhəsiz olduqda.

52.1.5. təsisçilərdən asılı olmayan səbəblərə görə dövlət qeydiyyatının yubadılması halları istisna olmaqla, sığortaçı olmaq üçün təsis edilmiş açıq səhmdar cəmiyyəti lisenziya verilməsi üçün bu Qanunun 45.3-cü maddəsində müəyyən edilmiş müddətdə Mərkəzi Banka yekun müraciət etmədikdə.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver