Qanunvericilik › Sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 53

Maddə 53. Lisenziyanın forması

Sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

53.1. Sığortaçıya verilən lisenziyada aşağıdakı məlumatlar göstərilir:

53.1.1. lisenziyanın qeydiyyat nömrəsi və verilmə tarixi;

53.1.2. lisenziya verən orqanın adı;

53.1.3. lisenziya sahibinin tam adı və hüquqi ünvanı;

53.1.4. aşağıdakı kimi fəaliyyət növlərinin adı:

53.1.4.1. lisenziya sığorta fəaliyyətinə verildikdə “sığorta fəaliyyəti”;

53.1.4.2. lisenziya təkrarsığorta fəaliyyətinə verildikdə “təkrarsığorta fəaliyyəti”.

53.3. Lisenziya Mərkəzi Bankın rəhbəri və ya onun həvalə etdiyi vəzifəli şəxs tərəfindən imzalanır və möhürlə təsdiq edilir.

53.4. Lisenziyanın forması və doldurulması qaydaları Mərkəzi Bank tərəfindən müəyyən edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver