Qanunvericilik › Sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 62

Maddə 62. Sığortaçının investisiya siyasəti

Sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

62.1. Hər bir sığortaçı böyük itkilərə məruz qalma risklərinin qarşısını almaq və gəlir əldə etmək məqsədi ilə bu Qanunun tələblərinə cavab verən, sığortaçının öhdəliklərinin strukturunu adekvat əks etdirən səmərəli investisiya siyasətini müəyyənləşdirməli və ona əsasən fəaliyyət göstərməlidir.

62.2. Mərkəzi Bank sığortaçıların investisiya əməliyyatları ilə bağlı qaydalar müəyyənləşdirir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver